Asim Mollazadə ABŞ səfirliyinin yeni əməkdazları ilə görüzüb

img

27-08-2010 [05:01]


Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə ABŞ-ın Azərbaycandakı səfirliyinin yeni əməkdaşları ? səfirin siyasi məsələlər üzrə müşaviri Bricit Bucet və iqtisadiyyat məsələləri üzrə müşaviri Rayan Kempbl ilə görüşüb. DİP-in mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-ABŞ münasibətləri, Azərbaycandakı ictimai-siyasi durum, Qarabağ münaqişəsi ətrafında baş verən son proseslər müzakirə olunub. A.Mollazadə partiyanın qarşıdan gələn parlament seçkilərinə hazırlıqla bağlı gördüyü işlər barədə qonaqları məlumatlandırıb. Eyni zamanda ABŞ-ın Azərbaycanda demokratiyanın inkişafına, Qarabağ münaqişəsinin həllinə verə biləcəyi dəstək barədə fikirlərini bölüşüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA