Müsavat Partiyasının Məclisinin iclasında gərginlik yazanıb

img

04-09-2010 [12:44]


Bu gün Müsavat Partiyasının Məclisinin iclası başlayıb. İclasda qarşıdurma yaranıb. Qarşıdurmaya səbəb Tapdıq Abbasın partiyadan çıxarılması ilə bağlı məsələnin gündəliyə salınmasına dair təklif olub. Belə ki, iclasının gündəliyi müəyyənləşməsi zamanı Məclis üzvü Hüseyn Məlikov bildirib ki, 22 nəfərin imzası ilə Tapdıq Abbasın partiyadan çıxarılması ilə bağlı müraciət var: ?Bu məsələ gündəliyə salınsın? . Məclisin sədri Sülhəddin Əkbər müraciəti oxuyub və onlardan birinin imtina etdiyinin deyib. Lakin Məclis sədrindən müraciəti imzalayanların adlarının oxunması tələb olunub. Sülhəddin Əkbər isə bundan imtina edib. Yaranan gərginliyin qarşısını almaq üçün təklif səsə qoyulub və 30 lehinə, 17 əleyhinə, 8 bitərəf olub. Sülhəddin Əkbər deyib ki, iclasda 64 nəfər iştirak edir: ?Hamı səs vermədiyi üçün məsələ gündəliyə salınmır. Yəni 50+1 yoxdur?. Arif Hacılı məsələyə ciddi etiraz edərək yenidən səsvermə keçirilməsini tələb edib. Bu dəfə 29 lehinə, 18 əleyhinə, 12 bitərəf kimi özünü göstərib. Arif Hacılı yenidən etiraz edərək Səssayma Komissiyası yaradılmasını təklif edib. Gərginlik açıq qarşıdurmaya çevrildiyi üçün jurnalistlər iclasdan çıxarılıb. Bundan sonra keçən gərgin mübahisələr nəticəsində Tapdıq Abbasın partiyadan çıxarılması ilə bağlı məsələ gündəliyə daxil edilib. Qeyd edək ki, Tapdıq Abbasın partiyadan çıxarılması ilə bağlı məsələ onun Heydər Əliyevin məzarı önündə baş əydiyi üçün müzakirə olunur. qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA