Bakı buxtasında brakonyerlərlə polis arasında insident - İki nəfər tutuldu

img

14-11-2017 [12:28]


Bakı buxtasında insident olub.

Polis əməkdaşları tərəfindən Bakı buxtasında qanunsuz balıq ovu ilə məşğul olan şəxslərə qarşı həyata keçirilən əməliyyat zamanı "Yamaha” markalı qayıqda olan şəxslər polisə tabe olmayaraq, idarə etdikləri qayığı polisin patrul qayığına vuraraq hadisə yerindən qaçıblar.

Nəqliyyat Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisəni törədən əvvəllər məhkum olunmuşlar - Natiq Əbilov və Sərxan Quliyev tutulublar.

Saxlanılarkən S. Quliyevdən heroin aşkar edilərək götürülüb.
apa


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA