“Galendewagen”lə piyadanın vurulması barədə yayılan məlumat yalandır" - Prokurorluq

img

14-11-2017 [11:08]


Bakı şəhər Prokurorluğu Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.
 
Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, məlum yol-nəqliyyat hadisəsinin "Mercedes Galendewagen” markalı avtomobillə törədilməsi barədə yayılan məlumatlar yalandır: "Belə ki, noyabrın 13-də Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində, Aeroport yolunda Bakı şəhər sakini, 2-ci qrup əlil, 1959-cu il təvəllüdlü Vəliyev Abbas Əli oğlu idarə etdiyi "Toyoto Parado” markalı, 90-XX-747 dövlət nömrə nişanlı  avtomobillə yolun hərəkət hissəsində piyada, 1971-ci il təvəllüdlü Quliyev Natiq Məmməd oğlunu vurub. Sonuncu aldığı xəsarətdən hadisə yerində ölüb. 
 
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin olunub, hazırda zəruri istintaq tədbirləri davam etdirilir”.
 
Qeyd edək ki, bəzi KİV-də məlum qəza hadisəsinin məmur oğlu tərəfindən "Mercedes Galendewagen” markalı avtomobillə törədilməsi barədə məlumatlar yayılıb.
 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA