Dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslazdırılmız kurslar davam edir

img

26-08-2010 [12:05]


Avqustun 26-da Mərkəzi Seçki Komissiyasında (MSK) Prezident İlham Əliyevin ?Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında? Sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam etdirilib. Tədbiri MSK sədrinin müavini Şaitdin Əliyev açaraq kursların təşkilinin əhəmiyyətindən danışıb. Sonra MSK üzvü Qabil Orucov ?Parlament seçkiləri üzrə beynəlxalq təcrübə. Seçkilərin hazırlanması və keçirilməsi zamanı yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri? mövzusunda məruzə oxumuşdur. O bildirib ki, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün müşahidəçilik institutunun tətbiqi əsas amillərdən biridir. Adətən müşahidə missiyası üç istiqamətdə həyata keçirilir: dairə seçki komissiyalarının ərazisində, respublika üzrə və seçkilər günü səsvermənin gedişi. Müşahidəçilik məcburi olmasa da, onun tətbiqi müsbət nəticələr verir. Müşahidə missiyası yerli və xarici, beynəlxalq təşkilatlar tərəfindən yerinə yetirilə bilər. Müşahidəçilər öz fəaliyyətlərini ilk növbədə ölkə qanunvericiliyi və beynəlxalq müqavilələrdən irəli gələn tələblər əsasında qururlar. Müşahidəçilər yerli şəraiti də nəzərə almalıdırlar. Bugünkü tədbirdə Azərbaycan Respublikası baş prokurorunun birinci müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubov ?Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik sistemi və məsuliyyət növləri? mövzusunda məruzə edəcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA