09-11-2017 [16:40]
Səudiyyə Ərəbistanında baş verənlərdə 4 hadisə diqqət çəkdi.
Birinci: Livanın baş naziri Saad əl-Haririnin "təhdid edilirəm” deyərək istefa verməsi və Ər-Riyada sığınması.
İkinci: əl-Haririnin istefa verdiyi gün Yəməndə İranın dəstəklədiyi husilərin Ər-Riyada uzaq mənzilli raketlə hücumu.
Üçüncü: Səudiyyədə korrupsiya əməliyyatının başlanması.
Dördüncü: Trampın "Səudi Aramco” neft şirkətinin hissələrinin Nyu-York birjasında satın almaq üçün hərəkətə keçməsi.
Türkiyəli siyasi yazar Taha Dağlı qeyd edilən bu 4 faktor əsasında baş verənləri belə şərh edir:.
BİRİNCİ: əl-Haririnin atası Refik Hariri Livanın keçmiş baş naziri olub. 2005-ci ildə Beyrutda sui-qəsd nəticəsində öldürüldü. Haririyə sui-qəsd edən İsrail, yoxsa İran-Hizbullah-Suriya üçlüyü idimi? Bu, sual cavabsız qalıb. Sonda günah Suriyanın üzərinə qaldı və Suriya Livandakı hərbçilərini ölkədən çıxartdı. Saad əl-Hariri BMT araşdırmasının nəticələrinə istinadən 2011-ci ildə "Atamı Hizbullah öldürdü” deyərək, Livanın baş nazir postundan istefa etmişdi. Bu gün yenə "atam kimi məni də öldürəcəklər, təhdid altındayam” deyərək istefa verdi.
İstefadan bir həftə öncə İranın dini lideri Xameneinin xüsusi nümayəndəsi Əli Vilayəti Beyrutda Saad əl-Hariri ilə görüşdüyü və ona "sənin də sonun atan kimi olacaq” dediyi iddia edilir. Səudiyyə Ərəbistanı İranın Hizbullah üzərindən əl-Haririyə təhdidini Tehrana qarşı "kozır” olaraq istifadə edir. Hariri ailəsi əvvəldən Səudiyyəyə yaxın olub və daim Hizbulahla münaqişə yaşayıb.
İKİNCİ: Yəməndəki husilər Səudiyyə Ərəbistanı ilə 2,5 ildir müharibə aparır. Husilərin Ər-Riyada atdığı uzaq mənzilli raket İran istehsalıdır. Səudiyyə husilərin raketi İranın təlimatı ilə atdığını iddia edir.
ÜÇÜNCÜ: Səudiyyə Ərəbistanında saray müharibəsi gedir. 11 şahzadənin həbs olunması və mülklərinin ələ keçirilməsi birinci vəliəhd Məhəmməd bin Səlmanın bütün rəqiblərinin sıradan çıxarılması deməkdir. Yeni kral bin Səlman olacaq. Onun atasının ölümündən sonra deyil, sağlamlıq problemlərinə görə taxtdan enməsi ilə kral olacağı gözlənilir.
DÖRDÜNCÜ: "Saudi Aramco” Səudiyyənin milli neft şirkətidir. Tramp bu şirkətin Nyu-York birjasındakı səhmlərini ələ keçirməyi planlaşdırır. Ehtimal olunur ki, Ər-Riyadın təcili pula ehtiyacı var, şahzadələrin həbs olunaraq, mülklərinin əlindən alınmasının səbəbi də budur.
Kim qazanacaq?: Bu prosesin nəticəsində qazanan tərəf ABŞ və İsrail olacaq. Səudiyyənin İranla qarşıdurması İsrailin marağındadır. Amerika isə maddi qazanc əldə edəcək.
Böhranı idarə edən kimdir?: Səudiyyədə baş verənləri idarə edənlərdən biri də Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). Bu ölkə də ABŞ-la birgə hərəkət edir. BƏƏ-nin vəliəhd bin Salmanın üzərində böyük təsirə malik olduğu deyilir. Bin Salmanın məhz BƏƏ tərəfindən taxta çıxarılmağa hazırlandığı haqda informasiyalar var idi. Şahzadələrə qarşı son əməliyyat da bu prosesin sonuncu mərhələsi hesab olunur.
Müharibə olacaqmı?: Səudiyyə Ərəbistanı və İran müharibəyə doğru gedir. Yəməndə döyüş uzun zamandır aparılır. İndi Livanda İran-Səudiyyə döyüşü başlaya bilər.
Asif Nərimanlı,
Publika.az
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK