07-11-2017 [19:58]
Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 17-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçirəcək.
DİM-dən Mia.az-a verilən məlumata görə, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq.
İmtahan yeri və vaxtı barədə məlumat dekabrın 12-də DİM-in internet portalında yerləşdiriləcək. Sənədlərin qəbulu bu gündən başlayaraq dekabrın 6-dək davam edəcək.
Mərkəzdən bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında "Şəxsi kabinet”lərini yaratmalıdır:
"Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış olmaq mümkündür. "Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. "Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında "Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.
Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub- olmadığını "Elektron hökumət" portalından DİM-in "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə öyrənə bilərlər.
Qeydiyyatdan keçən namizədlərin e-kabinetdə qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına qeydiyyatdan keçmək barədə "Bildiriş” və "Namizədin yaddaş kitabçası” göndərilir. DİM-lə yazışmaların operativliyinin təmin edilməsi üçün namizədin özünə məxsus elektron poçtdan istifadə etməsi tövsiyə olunur. Qeydiyyatdan keçmək barədə bildiriş gəlmədiyi halda "Spam” qovluğunu yoxlamaq lazımdır, həmin qovluqda bildiriş olmadıqda DİM-in 1653 çağrı mərkəzinə zəng edib bu barədə məlumat verə bilərsiniz.
Namizədlərin qeydiyyatdan keçməmişdən əvvəl vəzifə qrupunu düzgün seçmələri, imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə tanış olmaları üçün aşağıdakılardan istifadə etmələri tövsiyə olunur:
– "Dövlət qulluğuna qəbul qaydaları ilə bağlı nələri bilməliyik” broşürü;
– İnzibati vəzifələrin qrupları, altqrupları, hər altqrup üzrə keçid balları;
– Test imtahanı proqramları;
– "Namizədin yaddaş kitabçası” – kağız daşıyıcılar vasitəsilə keçirilən test imtahanları üçün;
– "Namizədin yaddaş kitabçası” – kompüter vasitəsilə keçirilən test imtahanları üçün.
Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə, test imtahanında iştirak edir. İmtahana buraxılış vərəqəsini dekabrın 12-dən DİM-in portalından əldə edə bilərsiniz.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün imtahan nəticələri elan olunduqdan 10 iş günü müddətində DİM-in portalında müraciət formasını doldurur. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
– ali təhsil haqqında sənədin surəti;
– əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
İnsan alverinin qurbanı olan qadınlar cəmiyyətə necə qayıdır? - DİN əməkdaşları və QHT-lər bunu müzakirə etdi
Vətənə xidmət...
Azərbaycan nefti ucuzlaşdı
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Salyan Aqro Park”ın işçilərinin maaşı niyə ödənilmir? - FOTO
ABŞ və Rusiya savaşacaq? - Medvedev "Rusiya İran və ya İsrail deyil" dedi, Tramp iki dənizaltı nüvə gəmisini yola çıxardı
Türkiyədə təyyarə qəzaya uğrayıb
Baş Şirvan kollektorunda iki nəfər boğulub
Fələstinli fəalı öldürən israilli sərbəst buraxılıb - Cəmi 3 gün ev dustaqlığında olub
İqtisadi Şuranın növbəti iclası keçirilib - Nələr müzakirə olunub?
Putin Lukaşenko ilə görüşdə Zelenskiyə mesaj verdi - Ukrayna lideri isə "Əgər səmimisənsə, hazıram" dedi
AFFA-da mətbuat katibi dəyişikliyi - Mia.az-ın xəbəri təsdiqləndi
ANAMA: iyul ayı ərzində 7 058,9 hektar ərazi minalardan təmizlənib
İYULLA AVQUSTUN “ULDUZ”U BİR ARADA
Qəzzada ölənlərin sayı artıb
"Total” yağ brendinin Azərbaycandakı nümayəndəsi kimi söyüb? - VİDEO
Xaricdə işə düzəltmək adı ilə dələduzluq... - Vəzifəli şəxslərin işi məhkəməyə göndərildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Mərkəzi Bank kartlara məhdudiyət qoyub - İzahat
"Kapital Bank" marketlər üzrə keşbekləri dayandırdı, əvəzində isə... - Rəsmi açıqlama
"Necə olur ki, mən ora gedib heç bir razılaşma əldə edə bilmirəm, amma İsrail..." - Pezeşkianın fərqli siyasətinə söz ardı... (TƏHLİL)
Magistraturaya sənəd qəbulu uzadılıb - Avqustun 4-dək
Emin Əmrullayev Ukraynanın səfiri ilə görüşüb
TƏBİB sədri onlara yeni vəzifələr verdi - SİYAHI
Ceyhun Bayramov İsrailin yeni səfirini qəbul edib: "Azərbaycan sülh prosesinə töhfə verməyə hər zaman hazırdır"
"Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
"Qalatasaray" Osimhen ilə 4 illik müqavilə imzalayıb
DİN-dən əməliyyat: saxlanılanlar var
Fəxrəddin Manafov “Şöhrət” ordeni ilə təltif edillib - Sərəncam
Media reyestri, oxşar adlar... - Prezident qanuna yeni əlavələri təsdiqlədi (Yenilənib)
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident bu qanunlara dəyişiklik etdi + DETALLAR
"Trabzonspor" 3 oyunçu ilə yollarını ayırıb
Çağdaş Atan: "Mükəmmələ yaxın oynadıq"
Ole Qunnar Solskjaer: "İstefa verməyi fikirləşmirəm"
Emerik Obameyanq " Olimpik Marsel" ilə müqavilə imzaladı
Sabah hava necə olacaq? - Proqnoz
Arda Turan: "Beşiktaş"a uğurlar arzulayıram"
Milan Skrinyar: "Burada öz evimdə kimi hiss edirəm"
Nelson Semedo: "Mourinyo ilə çalışmaq üçün səbrsizlənirəm"
"Fənərbağça" Nelson Semedonu transfer etdiyini açıqlayıb
Milan Skrinyar "Fənərbağça" ilə müqavilə imzaladı
ŞIXILINSKİ SƏFİRLİYƏ SIĞINIB - Ailəsiylə birlikdə (MÜRACİƏT)
Şəkidə 860 hektar biçilmiş taxıl və örüş-otlaq sahəsini yandıran şəxslər saxlanıldı
İran istiqamətindən sərhədimizi pozmağa cəhd edən Əfqanıstan vətəndaşları saxlanılıblar