Yusif Bağırzadə Sabir Rüstəmxanlı və Qulamhüseyn Əlibəyli ilə görüzüb

img

25-08-2010 [04:32]


Bu gün saat 15:00-da AMİP sədri Yusif Bağırzadə və AMİP fəalları Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında VHP sədri Sabir Rüstəmxanlı və Siyasi Şura üzvləri ilə görüş keçirdilər. AMİP-in təşəbbüsü ilə baş tutan görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsində siyasi partiyaların yekdil mövqe nümayiş etdirməsi idi. Y.Bağırzadə ölkədəki bütün siyasi partiyalarla görüşlərin nəticəsi olaraq Dağlıq Qarabağ problemi ilə bağlı ümumi mövqeyi ifadə edən bir sənədin imzalanması üçün ardıcıl müzakirələr apardıqlarını dilə gətirdi. Siyasi qurumlara ünvanlanan müraciəti bir daha xatırladan AMİP sədri Dağlıq Qarabağ ətrafındakı ərazilərin yalnız sülh yoluyla azad olunacağı barədə Azərbaycan dövlətinin hər hansı öhdəlik götürmədiyini önə çəkərək müharibənin labüdlüyünü bildirdi: ?Minsk Qrupunun vasitəçiliyindən imtin edilməli və Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz azad edilməsiylə bağlı BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi yerinə yetirilməlidir?. VHP sədri S.Rüstəmxanlı lokal savaş və ciddi ictimai reaksiya olmadan beynəlxalq güclərin Azərbaycanın haqqını tanımayacaqlarını və ədaləti bərpa etməyəcəklərini önə çəkərək AMİP-in təşəbbüsü dəstəklədiyini və müzakirələri alqışladığını bildirdi. Daha sonra ictimai-siyasi vəziyyət, qarşıdan gələn parlament seçkiləri, seçkilərdə VHP-AMİP əməkdaşlığı müzakirə olundu. Görüşdə, VHP Ali Məclisinin sədri Rafiq Manaflı, MNTK sədri Felmar Ələkbərli, sədrin müşavirləri Arif İsmayılbəyli, Bəhmən Sultanlı, AMİP-dən baş katib Arzuxan Əlizadə, mətbuat katibi Əli Oruclu iştirak ediblər. Yusif Bağırzadə Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ilə də görüşüb. Görüşdə Y.Bağırzadə bildirib ki, ölkədəki bir sıra ictimai-siyasi təşkilatlarla görüşlər keçirilir və görüşlərin nəticəsi olaraq Dağlıq Qarabağ problemi ilə bağlı ümumi mövqeyi ifadə edən bir sənədin imzalanması nəzərdə tutulur. O, bildirib ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina etməli, Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi yerinə yetirilməlidir. Q. Əlibəyli isə bu məsələdə AMİP-lə birgə hərəkət edəcəyini, bununla bağlı bütün təşəbbüsləri dəstəklədiyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA