üzeyir Hacıbəylinin yazdığı ?Ləzginka? rəqsinin partiturası təqdim olunacaq

img

25-08-2010 [01:03]


Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibətilə bu ilin sentyabrında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçiriləcək möhtəşəm tədbirdə bəstəkarın 1932-ci ildə yazdığı ?Ləzginka? rəqsinin partiturası təqdim olunacaq. Muzeyin direktoru Alla Bayramova bildirib ki, Ü.Hacıbəyli bu partituranı xalq alətləri orkestri üçün yazaraq Əşrəf Həsənova təqdim etmişdir. ?Ləzginka? partiturası məhz Ə.Həsənovun arxivində aşkar edilmişdir. Bu partituranın Ü.Hacıbəylinin sağlığında işıq üzü görüb-görməməsi hələlik məlum deyildir. A.Bayramovanın sözlərinə görə, Üzeyir Hacıbəylinin bu əsərini 2003-?ü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xalq alətləri ansamblı Gülağa Zeynalovun rəhbərliyi altında ifa etmişdir. Ü.Hacıbəylinin yubileyi münasibətilə muzeydə, həmçinin muzey arxivində aşkar edilən foto və video sənədlərdən ibarət sərgi də təşkil olunacaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA