Dövlət Film Fondu tanınmız musiqiçilərin arxivini yaradacaq

img

24-08-2010 [02:39]


Dövlət Film Fondu tanınmış musiqiçilərin arxivini yaratmağı planlaşdırır. Fonddan verilən məlumata görə, bir neçə il əvvəl görkəmli kino xadimlərinə aid sənədləri arxivləşdirən qurum hazırda paralel olaraq həmin filmlərə musiqilər yazan bəstəkarların, müğənnilərin haqqında materialları toplamaqla məşğuldur. Fond bununla bağlı son illərdə bir çox dövlətlərin milli arxiv fondları ilə memorandum imzalamışdır. Məqsəd həmin fondlarda saxlanılan Azərbaycan filmləri haqqında materialları ölkəmizə gətirərək arxiv fondumuza daxil etməkdir. Hazırda fondda 30-a yaxın görkəmli kino xadiminin şəxsi arxivi, 400-dək aktyor, rejissor, operatorun isə şəxsi məlumat qovluqları qorunub saxlanılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA