03-11-2017 [21:52]
Bu gün Türkiyə prezidenti Ərdoğan ABŞ-a, Avropaya, bölgədə PKK terrorçularını bəsləyən ölkələrə çox sərt şəkildə yeni əməliyyatların mesajını verib.
Mia.az xəbər verir ki, ötən gün PKK terrorçuları tərəfindən şəhid edilən 9 türk əsgərinin qisasının alındığını bildirən türk lider PKK-nın arxasında duran ölkələrə, o cümlədən bu terror təşkilatlarının sığındığı İraq və Suriyaya da açıq xəbərdarlıq edib.
55 terrorçunun məhv edildiyini bəyan edən Ərdoğan İraq və Suriyada PKK-ya qarşı tez-tez həyata keçirilən hava hücumlarının yerüstü əməliyyatları ilə davam etdiriləcəyinin siqnalını verib.
Mia.az Ərdoğanın çıxışını olduğu kimi təqdim edir:
""BU GÜNƏ QƏDƏR YEMƏDİKLƏRİ ZƏRBƏNİN DAHA ÇOX ARTIĞINI YEYƏCƏKLƏR"
Bu gün aldığım xəbərlər daha fərqlidi. Hazırda İHA-larımız, Silahlı İnsansız Hava Aparatlarımız (SİHA) və F-16-larımız əməliyyatları davam etdirir. Məhv edilən terrorçuların sayı daha da artacaq. Şəhidimizin qanını yerdə qoymayacağıq dedik. Terrorla mübarizədə bu günə qədər yemədikləri zərbənin daha çoxunu yeyəcəklər.
Biz vətəndaşımızın dırnağını belə, terroristlərin topuna dəyişmərik. Harada nə var, anında üzərinə gedirik, gedəcəyik. Silahlı və silahsız İHA-lar başda olmaq üzrə terrorla mübarizə üslubumuzu başdan ayağa dəyişdirdik. Bölücü terror örgütünə 2015-in iyul ayından elə böyük zərbələr vurduq ki, tarixinin ən ağır dönəmlərini yaşayırlar.
"HAVADA VƏ QURUDA HƏR CÜR ƏMƏLİYYATI KEÇİRMƏK ANAMIZIN AĞ SÜDÜ QƏDƏR HALALDIR"
Sərhədlərimizdən kənarda bəslənən, təlim keçirilərək üzərimizə salınan terror örgütləri hardadırsa, gedib təpələrinə minmək bizim ən təbii haqqımızdır. Hazırda Iraq və Suriyanin çox yeri birbaşa terror yuvasıdır. Oradan yönələn təhdidləri sərhədlərimizin içində deyil, birbaşa qaynağında məhv etmək durumundayıq. Bunun üçün birilərindən icazə almaq zorunda da deyilik. Harada bir terror işartısı varsa, onun başını əzmək, havada və quruda hər cür əməliyyatı keçirmək bizə anamızın ağ südü qədər halaldir.
QANDİL VƏ SİNCAR MESAJI
İttifaqlıq deyərək bizi oyaladıqlarını düşünənlərə son sözümüz budur. Biz Iraq və Suriyada müəyyən etdiyimiz bütün terror düşərgələrini yerlə bir edəcəyik, bunu hamı belə də bilsin. Əl Babda tamamladığımız, İdlibde uğurla davam etdirdiyimiz əməliyyatları hər an digər bölgələrdə apara bilərik. Oralarda gözləntiəri, saxladıqları bir şeyləri olan varsa, indidən tədbirini alsın, sonra darılmaca olmasın. Qandil və Sincardakı problemi oradakı rejimlər həll etməzsə, rəsmi dövlət gərəyini etməzsə, oraları yerlə bir edərik.
Bəs, Avropa Birliyində bunlar terror qrupu elan edilmişdi, nə oldu? Demokratiya deyincə, manqalda kül burxmayanlar növbə bu şəhidlərin hesabını verməyə gəlində, sus-pus olurlar.
"BUNLAR GÜNƏŞDƏ VERDİYİ SÖZÜ KÖLGƏDƏ POZAN XEYİRSİZLƏRDİR"
Türkiyədəki 3 milyon qaçqına 3 milyard avronu çox görən Avropa öz torpaqlarındakı qaçqın uşaqlara da zaman və gələcək hədəfləmir. Bunlar günəşdə verdiyi sözü kölgədə pozan xeyirsizlərdir. İnsani və əxlaqi təməli çökən Qərbin sadəcə iqtisadi zənginliklə uzun müddət ayaqda qala bilməsi mümkün deyil. Biz əsla onlar kimi olmayacağıq...".
Mia.az
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK