"Dağlıq Qarabağda ATƏT-in nəzarətindən kənar silahlar və silahlı qüvvələr cəmlənib, bunların heç bir hesabatı aparılmır"

img

25-08-2010 [11:49]


?Rusiya ilə Ermənistan arasında hər hansı bir saziş, hər hansı bir müqavilə iki dövlətin işidir. Lakin Cənubi Qafqazın təhlükəsizliyi və bütövlükdə, bölgədə adi və strateji silahların miqdarı məsələsi təkcə iki dövlət arasında olan məsələlər deyil, eyni zamanda, ATƏT-in Avropada təhlükəsizlik konsepsiyasına müvafiq olaraq "cinah sazişi" ilə nizamlanır. Hazırda bu kvotanı bizim hərbi mütəxəssislər, ATƏT-in bu məsələ ilə məşğul olan rəsmiləri hesablayırlar. Bunlar öyrənildikdən sonra, Azərbaycan hökuməti münasibət bildirəcək?. Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Ə.Həsənov bildirib ki, 1992-ci ildə ATƏT-in "cinah sazişi"nə Cənubi Qafqaz üzrə Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya qoşulub; eləcə də sənəddə Cənubi Qafqazda yerləşdirilə biləcək adi silahlar, o cümlədən, hərbi texnika, təyyarələr, tankların və digər maşınların miqdarı dəqiqləşdirilib - hər ölkə üçün kvota müəyyənləşib. "Bu kvotaların kənarında neçə illərdir Dağlıq Qarabağda ATƏT-in nəzarətindən kənar silahlar və silahlı qüvvələr cəmlənib. Bunların heç bir nəzarəti, heç bir hesabatı aparılmır. Ermənistanın özünün silahlı qüvvələrinin kvotasına, eyni zamanda, Rusiyanın orada yerləşdirdiyi baza daxildir - yəni Rusiyanın Ermənistanda yerləşdirdiyi silahlar həmin kvotadan çox ola bilməz. İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA