Bahar Muradova: "Türkiyə hökuməti bu dəfə də beynəlxalq təzyiqlərin qarzısında dayanmağı bacaracaq"

img

26-08-2010 [01:49]


?Türkiyə NATO-nun yeganə üzvü olaraq beynəlxalq prinsiplərin pozulmasına, bir ölkənin digərinin ərazisini işğal etməsinə, etnik təmizləmə siyasətinin aparılmasına öz etirazını bildirərək işğalçı Ermənistanla sərhədlərini bağlayıb. Təcavüzkar dövlətə belə münasibətin göstərilməsi digər ölkələlərə də bu kimi məsələlərdə hansı mövqe tutmaları üçün bir nümunədir. Ancaq Türkiyə bunun müqabilində beynəlxalq təziyqlərə məruz qalır?. Bu fikirləri YAP-ın rəsmi saytına açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib. B.Muradova bildirib ki, müəyyən beynəlxalq dairələr bu mövqeyinə görə Türkiyəni cəzalandırmaq istəyir. Cəza isə sərhədlərin açılması tələbidir, Türkiyəni buna məcbur etməkdir. Vitse-spikerin sözlərinə görə, NATO-nun təlimləri çərçivəsində sərhədlərin açılması Türkiyəni Ermənistan qarşısında geri çəkilməyə vadar etmək, qısa müddətli də olsa, sərhədləri açmaq və bunu təkrar olunan hadisəyə çevirmək məqsədi daşıyır. ?Çünki Ermənistanda keçirilən təlimlər humanitar təlimlərdir və oraya avadanlıqların Türkiyədən gətirilməsi mütləq deyil. NATO-nun həmin avadanlıqları Ermənistana başqa istiqamətdən də gətirmək imkanı var. Hal-hazırda Türkiyəyə bu təzyiqlərin göstərilməsi məhz həmin tədbirdən istifadə edərək sərhədlərin qısamüddətli açılmasına və sonradan isə davamlı olmasını tələb etmək cəhdinin olduğunu ortaya qoyur. Amma düşünürəm ki, Azərbaycan və Türkiyə cəmiyyəti bu layihəyə qarşı çıxmaqda haqlıdır və bu mövqe sona qədər davam etməlidir. Hesab edirəm ki, Türkiyə hökuməti bu dəfə də beynəlxalq təzyiqlərin qarşısında dayanmağı bacaracaq və özünün, Azərbaycanın, eləcə də bölgədə maraqlarımıza uyğun siyasət yeritməklə Ermənistanla sərhədlərin açılmasına imkan verməyəcək?-deyə B.Muradova vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA