Sakit Allahverdiyev: ?Əli Kərimli ?Azadlıq? qəzetinə etdiyim yardımı qəpiyinəcən mənimsəyib?

img

25-08-2010 [11:06]


Rusiyada yaşayan azərbaycanlı iş adamı Sakit Allehverdiyevin adı Azərbaycan mətbuatında zaman-zaman hallanıb. Əslən Borçalıdan olan S.Allahverdiyev həm Rusiyadakı Azərbaycan icmasının rəhbərlərindən biri və həm də müxalifət partiyalarından birinə maliyyə yardımı edən iş adamı kimi daim Azərbaycan KİV-nin diqqət mərkəzində olub. 3 il bundan Türkiyədə müalicədə olarkən Rusiyada haqqında axtarış elan edilib. Ancaq artıq bu məsələ bitib və S.Allahverdiyev hazırda Moskvadadır. Müstəqil İnformasiya Agentliyinə müsahibə verən S.Allahverdiyev haqqında gəzən sayiələrlə münasibətini bildirib. [b]- Sakit bəy, adınız Azərbaycanın müxalifət partiyaları ilə iş birliyində hallanır, bu nə dərcədə həqiqətdir?[/b] - Mən Azərbaycanda heç bir siyasi partiyanın üzvü olmamışam. Azərbaycanda xalq hərakatı yarananda bir azərbaycanlı olaraq proseslərdə iştirak etmişəm, milli azadlıq hərakatını dəstəkləmişəm və bundan qürur duyuram. Qürur duyuram ki, mustəqillik və demokratiya savaşında mənim az da olsa əməyim olub. AXC-nin birinci qurultayında qonaq olaraq iştirak etmişəm. O dovrdə mən Tverdə ?Ocaq? cəmiyyətinin sədri idim. Qurultaya da elə bu statusda dəvət olunmuşdum. Mənim üçün müxalifət-iqtidar anlayışı yoxdur. Hər iki duşərgədə çoxlu dostlarım var. Mənim üçün əsas ölkənin ərazi bütövlüyünün təmin edilməsi və ölkənin demokratikləməsidir. Bu istiqamətdə səy göstərən istənilən şəxsi dəstəkləyirəm. Azərbaycan hamımızın ümumi evidir. Harda yaşamağımızdan asılı olmayaraq bu evin möhkəmlənməsinə çalışmalıyıq. [b]- Bəs necə oldu ki, Rusiyada haqqınızda axtarış elan edildi?[/b] - 2007 ci ilin oktyabrın 14-də mən Türkiyəyə müalicəyə getdim. Ankarada xəstəxanada olanda mənə telefon açdılar ki, haqqında axtarış elan edilib. Bu mənə təəccüblü gəldi və xəstəxandan çıxandan sonra Rusiyanın Ankaradakı səfirliyinə yaşadığım ünvanı, telefon nömrəmi verdim. Bunun ardınca Rusiya prezidentinə və baş nazirinə müraciət etdim ki, Rusiya vətəndaşı kimi mənim hüquqlarımın qorunmasına yardım etsinlər. İndi bu hadisənin üstündən 3 il keçib və hazırda Moskvadayam. Yəni artıq bu məsələ bitib və hüquqlarımın təmin edilməsi üçün mənə dəstək oldular. Bu işdə mənə yardım edən hər kəsə, o cümlədən Rusiya prezidenti Medvedyevə və baş nazir Putinə minnətdarlığımı bildirirəm. [b]- Siz ictimai rəyda vətənpərvər kimi tanınırsınız. Rusiyada sizə təyiqlər olanda niyə doğma Azərbaycanı yox, qardaş Türkiyəni seçdiniz?[/b] - Mən mühacirətə könüllü getmədim, bu məcburi mühacirət oldu. Həmişə inanırdım ki, haqq-ədalət yerinə tapacaq və pozulmuş hüquqlarım bərpa ediləcək, məsələnin mahiyyəti olduğu kimi açılacaq. Nəhayət, haqq yerini tapdı. Bəli, Azərbaycan vətəndir! Borcalı məmləkətdir! Mən "qımızı körpüyə? həmişə formal baxmışam. Mənim üçün vətənin sərhədləri daha genişdir. Niyə Azrbaycana gəlmədim? Məndə o vaxt məlumatlar var idi ki, bəzi azərbaycanlı məmurlar da mənim işimdə maraqlı olublar, mənim həbsimi sifariş vermişdilər. Bu məni çox agrıtdı. Mən daim Azərbaycanın maraqlarını qorumağa çalışdığım halda, belə münasibət məni çox sarsıtdı. Mən Azərbaycanın maraqlarını bir azərbaycanlı kimi müdafiə etmişəm, bu mənim vəzifə səlahiyyətlərimə daxil olmayıb. Baxmayaraq ki, başqa bir ölkədə biznes qurmuşam və başqa ölkənin vətəndaşıyam. Bununla belə bundan sonra da Azərbaycan üçün çalışacağam. [b]- Söhbət hansı məmurlardan gedir?[/b] - Elə məsələlər var ki, onlar sirr olaraq qalacaq, ancaq elə məsələlər də var ki, onlar zamanı gələndə açıqlayacağam. Əlbətta, Bakı üçün, Borçalı üçün çox darıxıram. [b]- Azərbaycan müxalifətinin indiki durumunu neca dəyərləndirərdiniz, müxalifət liderləri demokratikləmə prosesini başa çatdıra biləcəkmi? Axı bu liderlərin beziləri ilə səxsi münasibətiniz olduğundan xarakterlərinə yaxşı bələdsiniz...[/b] - Azərbaycanda müxalifəti durumu ürəkaçan deyil. Lider deyəndə siz kimi nəzərdə tutursunuz? Lider yoxdur, müxalifət partiyalarının sədrləri var. Partiya sədri ilə lider anlayışı tam fərqlidir. Demokratiya uğrunda mübarizə aparan partiya sədrləri gərək birinci olaraq öz partiyalarında da demokratik bir sistem qursunlar ki, cəmiyyət alternativi görüb onları dəstəkləsin. İlk növbədə sədrlərin özü demokratik təfəkkürlü olmalıdırlar. Demokratiya çox geniş bir anlayışdır və onun özünün təməl prinsipləri var. O prinsiplərə söz azadlığı, şəffaflıq və s. daxildir. Mən AXCP üzvləri, o cümlədən partiya sədri Əli Kərimli və onun müavinləri ilə mütəmadi təmaslarım olub. Bu təmaslar sayəsində mənə bəlli olub ki, AXCP-də tam diktaturadır, burada demokratiyadan danışmağın yeri yoxdur. 2005-ci ildə ?Azadlıq? qəzetinə yardım məqsədi ilə Əli Kərimliyə pul verdim. [b]- Hansı məbləğdə?[/b] - Vaxtı gələndə məbləği də açıqlayacağam. Sonra bildim ki, qəzetə bir qəpik də verilməyib. Mənə deyirdilər ki, qəzetin vəziyyəti agırdır, əməkdaşlara maaş verə bimir, mətbəyə borcu var və s. Mən də ona görə qəzetə maliyyə yardımı etdim ki, qəzet borclarını ödəsin, işçilərinə yaxşı maaş versin, axı ?Azadlıq? Azərbaycanın müstəqilliyinin simvollarından biridir. Bu qəzeti qorumaq lazımdır. Sonra mənə məlumat verildi ki, bu pullar son qəpiyinəcən mənimsənilib. Yəni Azərbayacan demokratiyasının simvolu olan ?Azadlıq? Əli Kərimli üçün alver mənbəyidir. Başqa sözlə desək, açıq korrupsiya faktıdır, heç bir şəffaflıq yoxdur, burada hansı demokratiyadan danışmaq olar? Azərbaycan saytlarından oxuyuram ki, ?Azadlıq? qəzetinin 2001-2005-ci illərdə Azərbaycan nəşriyyatına külli miqdarda borcu qalıb. Axı mən Əli Kərimliyə pulu ona görə vermişdim ki, borcu ödəsin, şəxsi problemlərini həll etmək üçün verməmişdim. Qəzetin əməkdaşları da etiraf edər ki, 2005-ci ildə onlara heç bir yardım olmayıb. Belə bir şəxsin müxalifət partiyasının sədri olmağa nə siyasi, nə də mənəvi haqqı var. İnsanlar var ki, öz şəxsi vəsaitlərini, malını-mülkünü demokratiya, vətən ugrunda mübaizəyə xərcləyir, insanlar da var ki, demokratiyaya ayrılan pulları mənimsəyir. Bu da bir növ büdcə ogurluğudur. Büdcə oğrusu yalnız dövlətin büdcəsini mənimsəyənə deyilmir. Partiyanın, qəzetin büdcəsini oğurlayan partiya sədri dövlət büdcəsini mənimsəyən məmurla eyni dərəcədə məsuliyyət daşıyır. Mənim üçünsə partiya sədrinin pulları mənimsəməsi daha faciəlidir. Ona görə də bunların apardığı mübarizənin heç bir effekti olmayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA