YAP-ın 2010-cu ildə keçiriləcək parlament seçkiləri üçün namizəd siyahısı hələ hazır deyil

img

24-08-2010 [12:02]


Yeni Azərbaycan Partiyası (YAP) 2010-cu ildə keçiriləcək parlament seçkiləri üçün namizəd siyahısını hələ hazırlamayıb. Bu barədə jurnalistlərə YAP-ın sədr müavini Əli Əhmədov məlumat verib. Ə.Əhmədov YAP-ın namizəd siyahısının təbliğat kampaniyası başlayan zaman elan olunacağını bildirib. Partiyanın sədr müavini növbəti seçkilərdə yeni simaların namizədliklərinin irəli sürüləcəyini bildirib. Əli Əhmədovun sözlərinə görə, budəfəki parlament seçkilərində YAP-dan gənclərin və qadınların iştirakına xüsusi diqqət veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA