31-10-2017 [21:38]
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətində dəyişiklik olunmalıdır. Bu qurum münaqişənin həllinə daha ciddi yanaşmalı və konkret addımlar atmalıdır.
Mia.az Report-a istinadən xəbər verir ki, bu fikirlər "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması və vətəndaş cəmiyyətinin yeni missiyası” mövzusunda oktyabrın 31-də Tbilisidə keçirilən beynəlxalq konfransda səslənib.
Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Kamil Səlimov çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri barədə danışıb. Cənubi Qafqazdakı mövcud münaqişələri müqayisəli təhlil edib. Bu cür problemlərin həllində beynəlxalq təşkilatlarla yanaşı, vətəndaş cəmiyyəti institutlarının rolunun vacibliyini vurğulayıb. Bildirib ki, Azərbaycan dövlətinin münaqişə ilə bağlı mövqeyi bəllidir və dəyişməzdir. Rəsmi Bakı münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə ədalətli həllinə tərəfdardır.
Ermənistan nümayəndəsi, tarixçi Artur Ağacanov da çıxışında Dağlıq Qarabağ münaqişənin ağır nəticələrindən danışıb, əsir və girovların qaytarılmasının, atəşkəsə birmənalı şəkildə əməl olunmasının vacibliyini qeyd edib. Bakıda doğulduğunu vurğulayan Ağacanov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupu fəaliyyətini gücləndirilməlidir.
Sonra konfrans panel iclaslarda işini davam etdirib.
"Vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin rolu” mövzusunda keçən birinci paneldə Özbəkistan, Almaniya və Ermənistan nümayəndələri Qafqaz regionunda mövcud olan münaqişələrin həllində vətəndaş cəmiyyətlərinin rolunu qeyd edib, KİV-lərdə yayımlanan qeyri-dəqiq, qərəzli məlumatların cəmiyyət üçün ciddi təhlükələr yaratdığıni bildiriblər.
"Dağlıq Qarabağ münaqişəsi Azərbaycanlı və erməni qadınların gözü ilə” adlanan ikinci paneldə Azərbaycan, Türkiyə və Ermənistandan olan nümayəndələr münaqişənin həlli ilə bağlı fikirlərini bölüşüblər.
"Beynəlxalq təşkilatların və dini liderlərin baxışları” adlı üçüncü paneldə ABŞ, Rusiya və Çexiyadan olan siyasətçilər çıxış edib, münaqişələrin həllində beynəlxalq təşkilatların rolunun artırılmasının vacibliyini qeyd ediblər. Vurğulanıb ki, vətəndaş cəmiyyəti institutları arasında dini qurumların, icmaların böyük rolu var və dini liderlər münaqişələrin həllində xüsusi rol oynaya bilərlər.
Müzakirələr zamanı Azərbaycan dövlətinin və xalqının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyərləndirilib.
Qeyd edək ki, oktyabrın 30-da Tbilisidə keçirilən "Ermənistan-Azərbaycan Sülh Platforması” çərçivəsində təşkil olunan konfransda 18 ölkədən siyasətçilər, QHT və KİV nümayəndələri iştirak ediblər.
"Ermənistan-Azərbaycan Sülh Platforması”nın oktyabrın 30-da keçirilmiş qapalı iclasında "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın yaradılması və onun nizamnaməsinin təsdiq olunması haqqında qərar qəbul olunub.
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK