AFFA futbolçuları cəzalandırıb

img

24-08-2010 [02:18]


AFFA-nın İntizam Komitəsi Premyer Liqanın 3-cü turunda baş verən qeyri-etik hərəkətlərinə görə məşqçiləri və futbolçuları cəzalandırıb. ?Qafqazinfo?nun məlumatına görə 21 avqustda ?Xəzər Lənkəran? ? ?İnter? matçının 85-ci dəqiqəsində ?İnter? klubunun baş məşqçisi Kaxaber Tsxadadze rəqib komandanın baş məşqçisini təhqir etdiyinə görə 5 oyunluq cəzalandırılıb, klub isə 5 min manat cərimə olunub. Bundan əlavə 22 avqustda ?Bakı? ? ?Qəbələ? matçının 30-cu dəqiqəsində paytaxt klubunun futbolçusu Xalidu Sissoko rəqibə qarşı qeyri-etik jestə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalandırılıb, klub isə 2 min manat, matçın 89-cu dəqiqəsində ?Qəbələ? klubunun futbolçusu Milan Antiç rəqibə tüpürdüyünə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 6 oyunluq cəzalandırılıb, klub isə 5 min manat, oyunun 90+2-ci dəqiqəsində ?Qəbələ? klubunun futbolçusu Lyuba Baranin rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanır, klub isə 2 min manat cərimə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA