"Qarabağ" klubu dünya reytinqində irəlilədi

img

02-08-2010 [03:11]


Son vaxtlar Avroliqa turnirində uğurlu çıxış edən Ağdamın "Qarabağ" klubu Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının açıqladığı reytinq cədvəlində 102 pillə irəliləyib. Klubların Dünya reytinq cədvəlində "Qarabağ" 88,5 xalla 189-cu pilləyə yüksəlib. "Qarabağ" öncəki reytinqdə 291-ci olmuşdu. Bu arada Avropa Liqasının "Qarabağ" - "Visla" oyununun biletləri də satışa çıxarılıb. Ağdam klubunun rəsmi saytı xəbər verir ki, Avroliqanın 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində avqustun 5-ində baş tutacaq matçın biletlərini bu gündən etibarən respublika stadionunun kassalarından və AFFA-nın satış nöqtələrindən əldə etmək olar. 1-27-ə qədər nömrəli sektorlarların biletlərinin qiyməti istisnasız 1 manat, VİP C və VİP D sektorlarının qiyməti isə 10 manatdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA