Xose sərbəst buraxıldı - İstintaq davam edir

img

28-10-2017 [14:30]


Tanınmış reper Elşad Xose sərbəst buraxılıb. 

Bu barədə "Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə deyib.

Bildirilib ki, Xosenin ifadəsi alındıqdan sonra sərbəst buraxılıb, ancaq istintaq davam edir.

Qeyd edək ki, reperin eks-xanımı Oksana Rəsulova Xose tərəfindən xuliqanlıq zəminində döyüldüyünü və bıçaqla hədələndiyini deyib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA