Seçki Məcəlləsinin yeni variantı çapdan çıxıb

img

23-08-2010 [06:18]


Azərbaycan Seçki Məcəlləsinin (SM) yeni variantı çapdan çıxıb. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan parlamenti tərəfindən edilən son əlavə və düzəlişlərin yer aldığı yeni Seçki Məcəlləsi Milli Məclisin mətbəəsində çap olunub. Seçki Məcəlləsi MSK tərəfindən dairə seçki komissiyalarının (DSK) sədrlərinə paylanılıb. Hazırda SM-in DSK-lar vasitəsilə seçki məntəqələrinə çatdırılma prosesi həyata keçirilir. Qeyd edək ki, bu il iyunun 18-də Milli Məclis Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edib. Bu il iyulun 14-də isə Azərbaycan Prezidenti İlham Əliyev ?Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında? qanunun tətbiq edilməsi barədə sərəncam imzalayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA