AMiP sədri DUi rəhbərliyi ilə görüzüb

img

17-08-2010 [02:18]


Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə və partiyanın Baş Katibi Arzuxan Əlizadə Demokratiya Uğrunda İttifaqda təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu və Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə görüşüblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə əsas müzakirə mövzusu AMİP-in bir müddət əvvəl Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı prezident İlham Əliyevə, Milli Məclisə, siyasi partiyalara və ümumilikdə vətəndaş cəmiyyətinə etdiyi müraciət olub. KXCP sədri M.Mirəlioğlu və BAP sədri E.Musayev AMİP-in münaqişənin həlli barədə irəli sürdüyü təklifləri dəstəklədiklərini bildirərək qeyd ediblər ki, ATƏT-in Minsk Qrupunun Ermənistan-Azərbaycan münaqişəsinin çözülməsində vasitəçiliyi səmərə verməyib və aparılan danışıqlarda müsbət nəticə əldə edilməyib. Hər iki partiya rəhbərləri AMİP-in münaqişənin çözülməsini BMT səviyyəsinə qaldırılması və ərazi bütövlüyümüzün bərpası üçün milli birliyə nail olunması haqqında etdiyi təkliflərlə həmrəy olduqlarını ifadə edərək, cəmiyyəti fəallaşdırmağın vacibliyini vurğulayıblar. AMİP sədri Yusif Bağırzadə isə AMİP-in Dağlıq Qarabağ probleminin həllinə xüsusi önəm verdiyini və ərazi bütövlüyü məsələsinin prioritet olduğunu diqqətə çatdıraraq bununla bağlı istənilən partiya, istənilən qurumla əməkdaşlığa hazır olduğunu söyləyib. Görüşdə AMİP-in Mətbuat və Təbliğat Katibi Əli Orucov da iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA