ALP-ADP-ViP seçki bloku bu həftə elan oluna bilər

img

23-08-2010 [03:47]


Azərbaycan Liberal Partiyası ilə Vətəndaş və İnkişaf Partiyası arasındakı blok yaratmaq hazırlıqları demək olar ki, başa çatıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ALP sədr əvəzi Əvəz Temirxan məlumat verib. ALP yetkilisi deyib ki, bir sıra texniki və digər məsələlər var, onlar həll olunandan sonra blok elan olunacaq. Onun sözlərinə görə, blok bu həftə də elan oluna bilər. Ə.Temirxan onu da bildirib ki, blokun elan olunmasının ləngiməsinə səbəb ADP-nin də blokda təmsil olunub-olunmayacağı ilə bağlıdır: ?Biz ADP-nin də bu blokda olmasını istəyirik. Müəyyən məsləhətləşmələr də olub, amma hələlik qarşı tərəfdən bir cavab yoxdur. Bütün bu məsələlər həll olunan kimi blok elan olunacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA