Ekspertiza Lalə Şövkətin xeyrinə rəy verib

img

23-08-2010 [10:58]


Linqvistika Espertizası Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkətin iddiası əsasında ?Ölkə? qəzetində gedən yazı ilə bağlı rəyini açıqlayıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ALP sədr əvəzi Əvəz Temirxan məlumat verib. ALP yetkilisi deyib ki, Linqvistika Ekspertrizası Lalə Şövkətlə bağlı yazılan ?Madam ləqəbli ?KQB? agenti? başlıqlı yazıda ona qarşı təhqir ifadələrinin yer aldığını müəyyənləşdirib. Ə.Temirxanın sözlərinə görə, bu rəyin məhkəmədə də Lalə Şövkətin xeyrinə qərar çıxarılmasına səbəb olacağını vurğulayıb. Xatırladaq ki, Lalə Şövkət "Ölkə" qəzetinin 11 fevral 2010-cu il tarixli 2 sayında dərc olunan "Madam" ləqəbli "KQB" agenti" yazısında şərəf və ləyaqətinin təhqir olunduğu qənaətindədir. Elə bu iddia ilə də o, qəzeti və yazının müəllifini məhkəməyə vermişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA