Azərbaycanda kriminal aləmin nüfuzlu şəxsləri arasında atışma: Yaralı var

img

26-10-2017 [11:18]


Gəncə şəhərində kriminal aləmin nüfuzlu şəxsləri arasında atışma olub.

Mia.az report-a istinadən xəbər verir ki, hadisə Kəpəz rayonunda yerləşən "Miraj” çay evində baş verib.

Belə ki, 27 yaşlı Qurbanov Qurban, 27 yaşlı Əliyev Tural, 30 yaşlı Nəsirov Edqar və 39 yaşlı Kərimov Namiq arasında silahlı insident olub. Hadisədən sonra Q.Qurbanov ölkə ərazisindən qaçmaq istəyərkən "Sınıq Körpü” keçid məntəqəsində saxlanılıb. Edqar Nəsirov yaralı halda xəstəxanaya yerləşdirilib.

Hadisənin digər iştirakçılarının axtarışları davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA