Zaur Əhməd Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizəd olacaq

img

23-08-2010 [01:48]


Müstəqil İnformasiya Agentliyinin (MİA) redaktoru Zaur Əhməd 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizəd olacaq. Bu barədə Zaur Əhməd özü məlumat verib. MİA-nın redaktoru deyib ki, əslən Cəbrayıl rayonundan olduğu üçün seçicilərini yaxşı tanıyır: ?Cəbrayıl 17 il əvvəl işğal olunub. Cəbrayıllıların üzləşdiyi problemlər mənə yaxşı tanışdır. Həmyerlilərimin hüquqlarını qorumaq, onların dərdinə şərik çıxmaq üçün namizədliyimi irəli sürməyə qərar verdim?. Zaur Əhməd namizədliyini Cəbrayılın işğal olunduğu gün açıqlamaq barədə qərarını isə belə izah edib: ?Bu gün cəbrayıllıların həyatında ən ağır gündür. Seçicilərim əmin olsunlar ki, mən ən ağır günlərində həmişə onların yanında olacağam. Bu gün bütün cəbrayıllıları kədər birləşdirir. Amma sabah biz böyük bir qələbənin sevincinə şərik ola bilərik?. Redaktor həmyerlilərinin ona etimad göstərəcəklərinə inandığını deyib. O, seçicilərini öz platforması ilə tanış etmək üçün mətbuatın dəstəyinə bel bağladığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA