BAXCP sədri Qüdrət Həsənquliyev AMiP sədri Yusif Bağırzadə ilə görüzüblər

img

19-08-2010 [03:13]


Bu gün BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev və AMİP sədri Yusif Bağırzadə arasında görüş keçirilib. Bu barədə MIA-ya BAXCP-nin mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, görüşdə müzakirə edilən əsas məsələ AMİP-in bir müddət əvvəl Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə, Milli Məclisə, siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına ünvanladığı müraciətlə bağlı olub. BAXCP sədri Qüdrət Həsənquliyev AMİP-in müraciətinə müsbət yanaşdığını bildirərək qeyd edib ki, siyasi partiyalar arasında ölkənin ən mühüm problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşlərin keçirilməsi, müzakirələrin aparılması müsbət və nümunə olacaq addımlardır. Yusif Bağırzadə AMİP-in Dağlıq Qarabağ probleminin həllinə xüsusi önəm verdiyini və ərazi bütövlüyü məsələsinin Milli İstiqlal Partiyası üçün prioritet olduğunu diqqətə çatdırıb, bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərini bildirib. Hər iki partiya sədri münaqişənin həllinin BMT müstəvisinə qaldırılması və ərazi bütövlüyümüzün bərpası üçün milli birliyin vacibliyini qeyd edərək, ictimai müqavimətin təşkil olunması üçün cəmiyyəti fəallaşdırmağın vacibliyini vurğulayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA