Lənkəranskinin adamları həbs olundu - "Lotu Quli"nin “sağ əli”ni öldürüblər

img

25-10-2017 [16:59]


Rusiyanın Sankt-Peterburq şəhərində ötən il İstanbulda qətlə yetirilmiş kriminal avtoritet Rövşən Lənkəranskinin adamları tutulub.

Emin Əhmədov, Hüseyn İsgəndərov və Mehman Əmiraslanovun ötən gün azadlığa buraxılan Lotu Qulinin "sağ əli” sayılan Elşən Məmmədovun qətlinə görə həbs edildikləri bildirilir.

Qeyd edək ki, Elşən Məmmədovun Lotu Qulinin ən amansız "cəllad”larından olduğu deyilir. O, sentyabrda Gürcüstanın paytaxtı Tiflisdə Nadir Səlifovun bir neçə yaxın adamı ilə yemək yeyərkən gözlənilmədən yerindən qalxaraq maşınına tərəf gedib və həmin an atəş səsləri eşidilib. "Toyota Land Cruiser”də cəsədi tapılan 42 yaşlı Elşənin başından 3 güllə yarası aldığı məlum olub.

Onu da xatırladaq ki, "Lotu Quli” həbsdən çıxdıqdan sonra Elşən Məmmədovun məzarını ziyarət edib(Yenicag.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA