Fəxri xiyabanda Maestro Niyazinin xatirəsi yad edilib

img

20-08-2010 [01:00]


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları avqustun 20-də Fəxri xiyabana gələrək dirijor və bəstəkar, Xalq Qrtisti Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasının 98-ci ildönümü münasibətilə maestronun xatirəsini ehtiramla anmış, məzarı üstünə təzə-tər güllər düzüblər. Muzeyin direktoru Alla Bayramova bildirib ki, Niyazinin Azərbaycan incəsənətinin çiçəklənməsi yolunda zəngin fəaliyyəti müasir mədəniyyət tariximizin parlaq səhifələrini təşkil edir. Milli dirijorluq məktəbinin formalaşması və az bir vaxtda böyük inkişaf yolu keçməsi bilavasitə onun adı ilə bağlıdır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2012-ci ilin avqustunda Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, tanınmış dirijor və bəstəkar Niyazinin 100 illik yubileyi geniş şəkildə qeyd ediləcəkdir. Artıq indidən Niyazinin ev-muzeyinin kollektivi qarşıdakı tədbirlərə ciddi hazırlaşır. A.Bayramova bildirmişdir ki, bu gün muzeydə ?Açıq-qapı? günü elan edilmişdir. Gün ərzində muzeydə silsilə tədbirlər təşkil ediləcəkdir. Belə ki, bəstəkarı Niyazi olan ?Kəndlilər?, ?Fətəli xan?, ?Doğma xalqımıza?, ?Almaz? filmləri nümayiş olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA