Heydər Əliyev adına Sarayda "Kabusun gözüylə" filminin təqdimatı olacaq

img

02-08-2010 [12:18]


Bu gün Heydər Əliyev adına Sarayda Rüstəm İbrahimbəyovun ssenarisi və rejissorluğu ilə çəkilmiş "Kabusun gözüylə" filminin təqdimatı olacaq. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, təqdimat mərasimi nazirliyin 2 avqust - Milli Kino Günü münasibətilə təşkil olunmuş tədbirlər çərçivəsində həyata keçiriləcək. Film öz ölkəsində kifayət qədər tanınmış 50 yaşlı fransız aktyoru və incəsənətdə ilk addımlarını atan azərbaycanlı gənc aktrisanın münasibətlərindən bəhs edir. Hadisələr 90-cı ilin yanvar ayında cərəyan edir. Müstəqilliyə canatma yollarında dovlətimizi dəstəkləmək ümidilə Bakıya gələn fransız özündən 20 yaş kicik aktrisaya vurulur. Çəkilişləri Bakıda və Fransada aparılan filmdə Mələk Abbaszadə, Şükufə Yusupova, Fatimə İbrahimbəyova, Tofiq Mirzəyevlə yanaşı baş rolda fransız aktyoru Rişar Marten ( Fransanın Marsel şəhərinin ?Turski? teatrının bədii rəhbəri ) çəkilib. Qeyd edək ki, ?Kabusun gözüylə? filmi Azərbaycan-Fransa birgə kinematoqrafiyası arasında ilk tammetrajlı layihədir. Rüstəm İbrahimbəyovun ?həyat janrı? adlandırdığı kino işi özündə komediya, dram və tragedik məqamları əks etdirir. Filmin maliyyə büdcəsi 800 min AZN və 200 min avro təşkil edir. Xatırladaq ki, Azərbaycan və Fransanın birgə layihəsi olan ?Kabusun gözüylə? filminin ilk təqdimatı Parisdə baş tutub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA