Hacıbala Abutalıbovla Əbülfəs Qarayevə müraciət - "Bizə icazə verin"

img

18-10-2017 [15:44]


Ölkənin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova və mədəniyyət naziri Əbülfəs Qarayevə rəsmi müraciət edib.

Mia.az-a daxil olan müraciətdə teatrın küçə performansları göstərmək istədiyi vurğulanır: 

"ADO ölkəmizin ilk müstəqil teatrı olmaqla yanaşı, həm də yeganə underground, modern teatrıdır. Bir neçə xarici ölkələrdə festivallarda iştirak edib, qastrol səfərlərində olmuşuq. Ötən illərdə İranda keçirilən "Təbrizim” Beynəlxalq Küçə Teatrları Festivalında iştirak etmiş və diplomla təltif olunmuşuq. Bu ilin iyun ayında Tbilisidə qastrolda olarkən mərkəzi küçələrdə öz performanslarımızı nümayiş etdirmişik. Avqust ayında isə Fransada keçirilən 69-cu "Oriak” küçə teatrı festivalında iştirak etmişik. Eyni zamanda bir neçə gün öncə Tbilisidə keçirilən "Festi Nova” festivalında, "Art Villa Garikula”da çıxışlarımız olub, insanlar, art menecerlər bizim küçə performanslarımı yüksək qiymətləndiriblər. Bundan əlavə, Bakıda keçirilən "Bakool Arts” festivalda iştirak etmişik və açıq hava performansı göstərmişik. Eyni zamanda teatrımızın yubiley tədbiri çərçivəsində, YARAT Müasir İncəsənət Məkanının həyətində öz peformanslarımızı təqdim etmişik və bu insanların, incəsənət nümayəndələrinin böyük marağına səbəb olub. Lakin biz istəyirik ki, şəhərin mərkəzində, tədbirlər çərçivəsindən kənarda da küçə tamaşaları göstərək”.

Teatr müraciətində şəhərin mərkəzi küçələrində və "Qış Parkı” adlanan ərazidə performanslar nümayiş etdirmək istədiyini və həmin ərazidə teatr kollektivinə şərait yaradılmasını istəyiblər: 

"Bu həm insanların teatra marağını artıracaq, həm də turistlərin diqqətinə səbəb olacaqdır”.

Qeyd edək ki, ADO Azərbaycanın ilk müstəqil teatrıdır, klassik teatr ənənələrindən uzaq, modern, çağdaş teatr kimi qəbul olunub. Teatrın tamaşaları hər zaman cəmiyyətin diqqətinə səbəb olub.



Digər xəbərlər
SON XƏBƏRLƏR