12-10-2017 [11:11]
"Qadın Liderliyi Uğrunda” İctimai Birliyi (QLUB) "Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsi çərçivəsində Saatlı rayonunda bir qrup qadınla görüş təşkil edib.
Birlikdən Mia.az-a verilən məlumata görə, "Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları” mövzusunda keçirilən görüşdə ölkədəki ümumi sosial-iqtisadi vəziyyət, qadınların sosial-psixoloji problemlərinin əsasını təşkil edən amillər, onların öz rifahını yaxşılaşdırmaq istiqamətində görəcəyi işlər müzakirə olunub.
QLUB sədri Ülkər Abdullayeva layihənin hədəflərindən və mövzu ilə bağlı cəmiyyəti narahat edən məsələlərdən danışıb. Qeyd edib ki, son illərdə neftin qiymətlərinin aşağı düşməsi, milli valyutanın devalvasiyası və qiymət artımı ölkə əhalisinin maddi-iqtisadi, eləcə də sosial-psixoloji vəziyyətinə mənfi təsir göstərib. İş yerlərində baş verən ixtisarlar, gəlirlərin azalması, bu fonda bank borclarını ödəmək imkanlarının məhdudlaşması əhalinin sosial güzəranını qismən ağırlaşdırıb. Nəticədə qadın cinayətkarlığının və intiharların sayı artmağa başlayıb ki, bu da üçüncü sektoru narahat etməyə bilməz.
"Biz qadınları böhranlı vəziyyətdən, depressiyadan və intihar meyllərindən xilas etməyə cəhd göstəririk. Depressiyadan çıxmağın, problemlərdən xilasın ən yaxşı yolunun intihar deyil, əmək, peşələrə yiyələnmə və yardım üçün doğru qapıları döymə olduğunu təlqin etməyə çalışırıq” – deyə Ü.Abdullayeva bildirib.
O, Saatlıq rayonunda qadınların bir neçə istiqamətdə öz biznesini yaratmaq imkanlarını qeyd edib.
Qadın problemləri üzrə ekspert Aynur Zamanova isə həyatdan misallar gətirməklə sosial-psixoloji problemlərdən çıxmağın yollarını sadalayıb.
Layihə əməkdaşları Saatlı xanımlarının başlıca problemlərinin nədən ibarət olduğunu soruşublar. Həmin problemlərin həlli yollarını izah ediblər və motivasiya nitqləri söyləyiblər.
Saatlı rayon Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşı, rəssam Sürəyya Zeynalova müzakirə mövzusu olan problemlərin əsasının əslində 90-cı illərdə Azərbaycan kəndlilərinin torpaqdan qopması ilə qoyulduğunu deyib. O, qeyd edib ki, insanlar bərəkətli Mil-Muğan torpaqlarını qoyub paytaxta üz tutdular: "Kənddən qopdular, şəhərdə isə öz həyatlarını qura bilmədilər. Nəticədə həyatda özünü tapa bilməyən insan nəsli formalaşmağa başladı".
Zeynalovanın fikrincə, sosial gərginlik, işsizlik, maddi imkansızlıq ailələrdə ardı-arası kəsilməyən qalmaqallara səbəb olur. Əsəbləri gərilən insanlar ya başqasına əl qaldırır, ya da öz həyatlarına qıyırlar.
V.Əsgərov adına 4 saylı məktəbin direktoru Təranə Babayeva isə Saatlı rayonunda iki uşağı ilə birlikdə özünü körpüdən ataraq intihar edən qadının faciəsinin köklərini anladıb: "Ona nə ər evində, nə də ata evində sahib çıxan olmayıb. Gedəcək yeri, yaşama gücü qalmayan qadın düşünüb ki, daha heç kəsə lazım deyil, ona sahib çıxmayanlar, onun övladlarına da sahib çıxmayacaqlar. Beləcə, uşaqlarını da özü ilə o biri dünyaya aparmaq qərarına gəlib”.
Pedaqoq cəmiyyətin qadına sahib çıxmamasının acı nəticələr doğurduğunu deyib.
Görüşdə digər xanımların da problemin həlli istiqamətində fikir və təklifləri dinlənib. Onlar bu cür maarifləndirici tədbirlərin rayonun bütün kəndlərində keçirilməsinin vacib olduğunu vurğulayıblar.
Qeyd edək, sözügedən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib. Layihənin məqsədi həssas qadın qruplarının sosial-psixoloji böhrandan çıxmasına yardım göstərmək və motivasiya yolu ilə onları inkişafa istiqamətləndirməkdir.
Hikmət Hacıyev: "COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər"
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq - Xəbərdarlıq
Bakıda 28 yaşlı qadını boğublar
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
"Bakı Marafonu 2024"ün qalibləri müəyyənləşib
Buraxılış imtahanı: bir şagird və nəzarətçi zaldan qovuldu
Bu gün rezidenturaya imtahan keçirilib
Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı keçiirlib - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda həkimi bıçaqlayıblar
"Real Madrid" 36-cı dəfə La Liqa çempionu olub
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib