Gələn il Azərbaycanda ?Mədəniyyətlərarası dialoq?a həsr olunmuz sammit keçiriləcək

img

19-08-2010 [12:18]


Gələn il Azərbaycanda ?Mədəniyyətlərarası dialoq?a həsr olunmuş sammit keçiriləcək. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirə hazırlıq işlərinə başlandığını qeyd edib. Hazırlıq işləri təkcə Azərbaycanda həyata keçirilmir. Bununla əlaqədar sentyabrın 13-də Parisdə YUNESKO-nun baş qərargahında da iclas keçiriləcək, müzakirələr aparılacaqdır. Artıq bu işlərlə bağlı Təşkilat Komitəsi də formalaşıb. Ə.Qarayev bildirmişdir ki, Azərbaycanda keçiriləcək sammitin təşkilatçıları arasında Avropa Şurası, YUNESKO, İSESKO, eləcə də BMT-nin Sivilizasiyalararası Alyansı da vardır. Bu tədbirdə bir neçə ölkə prezidentinin iştirak edəcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA