10-10-2017 [20:44]
"Artıq 2017-ci ilin böyük bir hissəsi arxada qalıb. Bu il dünya miqyasında həm siyasi, həm də iqtisadi baxımdan böhran müşahidə olunsa da, ölkəmiz öz inkişaf tempini qoruyub saxlayıb. Oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən dövlətimizin başçısının qeyd etdiyi kimi, ötən dövrdə ölkəmiz uğurla və hərtərəfli inkişaf edib. Bütün sahələrdə dinamik inkişaf təmin edilib".
Bu sözləri Mia.az-a YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
YAP Siyasi Şurasının üzvü qeyd edib ki, sağlam təməllər üzərində qurulmuş inkişaf strategiyasına uyğun olaraq Azərbaycan bu ilin 9 ayında kifayət qədər müsbət göstəricilər əldə edib:
"Xüsusi olaraq vurğulamaq lazımdır ki, qeyri-neft iqtisadiyyatı 2,5 faiz artıb. Bununla yanaşı, qeyri-neft sektorunun sənaye hissəsi uğurla inkişaf edir. Qeyri-neft sənayesi 3,1 faiz artıb. Kənd təsərrüfatındakı artım isə 2,8 faizə bərabər olub. Xarici ticarət dövriyyəsi 7 faiz artıb. İlin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. Bütün bunlar onu deməyə əsas verir ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar öz bəhrəsini verir. Kənd təsərrüfatının, sənaye sahələrinin, turizmin, ümumilikdə qeyri-neft sektorunun inkişafı real statistik rəqəmlərdə özünü göstərir”.
"İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, indiki mürəkkəb şəraitdə hər bir ölkə üçün önəmli olan ən əsas məsələ müstəqilliyi, suverenliyi qoruyub saxlamaq və daha da möhkəmləndirməkdir: "Biz əbəs yerə tez-tez bu məsələni vurğulamırıq. Çünki bu gün böyük dövlətlərin maraqlarına "tuş gələn” bir sıra kiçik dövlətlər de-yure müstəqil olsalar da, de-fakto müstəqil deyillər. Ancaq dünya miqyasında öz yeri və rolu olan Azərbaycan sözün əsl mənasında müstəqil siyasət yürüdür, öz dövlətçilik və milli maraqlarını daim müdafiə edir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında qeyd etdiyi kimi, Azərbaycan özünü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilib, müstəqil siyasət aparan ölkə kimi tanınır. Bu amilin əsasında güclü siyasi iradə, xalq-iqtidar birliyi və s. məsələlər dayanır. Həmçinin iqtisadi müstəqilliyi də vurğulamaq gərəkdir”.
V.Rəhimzadənin sözlərinə görə, son illər aparılan mühüm islahatlar nəticəsində ölkə əhalisinin məşğulluğu yüksək səviyyədə təmin edilib, yeni iş yerləri açılıb: "Son 9 ayın sosial-iqtisadi göstəricilərinə görə, 226 min yeni iş yeri yaradılıb ki, onlardan 171 mini daimidir. Bu, onu göstərir ki, ölkəmizdə işsizlik aşağı səviyyədədir. Yeni iş yerlərinin yaradılması prosesi mütəmadi olaraq həyata keçirilir və bu proses uğurlu sosial-iqtisadi siyasətimizin mühüm tərkib hissəsi kimi xarakterizə edilir.”
YAP Siyasi Şurasının üzvü bildirib ki, bu il neft-qaz sənayesində də bir sıra əlamətdar hadisələrlə yadda qalacaq: "Bu sahədə "Azəri-Çıraq-Günəşli” yataqlar blokunun gələcəkdə işlənilməsi ilə bağlı imzalanan yeni kontraktı xüsusilə vurğulamaq lazımdır.
Qeyd edək ki, kontraktın müddəti 2050-ci ilə qədər uzadılıb. Nəticədə ölkəmizin iştirak payı 11 faizdən 25 faizə yüksəlib. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcək. Bununla yanaşı, SOCAR yeni kontraktın podratçısı kimi iştirak edəcək, ölkəmizə xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək.
Bununla yanaşı, bütün dünyanın diqqət mərkəzində olan "Cənub Qaz Dəhlizi” layihəsinin icrası istiqamətində işlər uğurla aparılır. "Şahdəniz-2” layihəsinin icrası 96 faiz səviyyəsindədir. TANAP-ın 82 faizi, TAP-ın isə 53 faizi icra olunub. Hesab edirəm ki, bütün bunlar neft-qaz sənayesinin, ümumilikdə Azərbaycanın sürətli inkişafına təkan verən mühüm amillərdir”.
"İki sahil” qəzetinin baş redaktoru onu da əlavə edib ki, ölkəmizin uğurlu inkişafı beynəlxalq səviyyədə də izlənilir və yüksək qiymətləndirilir: "Bu günlərdə Davos Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə qalxması davamlı islahatların məntiqi nəticəsidir. Bu o deməkdir ki, Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən 35 ən rəqabətqabiliyyətli ölkə sırasındadır. Dövlətimizin başçısı cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasında vurğuladığı kimi, bu, böyük uğurdur, tarixi nailiyyətdir”.
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...