"Biz korrupsiyaya qurşanan, prezidentə xəyanət edən məmurları ifşa edirik" - Partiya sədri

img

09-10-2017 [16:32]


Redaksiyamıza daxil olan məlumata görə, Müasir Müsavat Partiyası yaxın vaxtlarda mitinqlər keçirmək niyyətindədir.

Moderator.az bu informasiyanı dəqiqləşdirmək üçün partiya sədri Hafiz Hacıyevlə əlaqə saxlayıb. Xəbərin doğruluğunu təsdiqləyən H.Hacıyev mitinqləri dövlət və dövlətçiliyə dəstək məqsədi ilə keçirəcəklərini bildirib:

"7 oktyabr aksiyasında ermənilərin qayınatası Azərbaycan xalqına dərs keçdi. Mən buna dözə bilmərəm. Mən millətimi sevən türkçü bir adamam. Mən rəhmətlik Heydər Əliyevdən dərs alan bir insanam. Mən buna imkan verə bilmərəm ki, xalqım aldansın. Cəmil Həsənli qızını erməniyə verib. Seçki ərəfəsində bunu sübut etdim. O özü də dedi ki, xristianı müsəlman eləmişəm. Xristianın qaynatasının Azərbaycandakı hadisələri başqa formada millətə təqdim etməyə imkan verə bilmərəm. Biz milliyyətçi, dövlətini sevən bir partiya kimi bunu qəbul edə bilmirik.

Bizim Siyasi Şuranın toplantısında dövltəçiliyə xəyanət edən, korrupsioner məmurların da adı açıqlandı. Biz dövlətimizi ermənilərdən mühafizəyə çalışırıq. Bu istiqamətdə müəyyən addımlar atmışıq. Ayn 15-20-dəki toplantımızda mitinqlə bağlı qərarımızı qətiləşdirəcəyik. Xalqı mitinqlərə çağıran şəxslərin ermənilərlə necə qohum olduğunu, hakimiyyət daxilində kimlər tərəfindən dəstək aldığını açıq şəkildə deyəcəyik. Biz İlham Əliyevi, onun fəaliyyətini, həyata keçridiyi islahatları müdafiə etmək üçün bütün lazımi addımları atacağıq. Xəstə canımı gərəkirsə qurban verəcəm. Mən qoymaram ki, kimlərsə Azərbaycana xəyanət etsin.
Müasir Müsavat Partiyası konstruktiv müxaifətdir. Biz korrupsiyaya qurşanan, prezidentə xəyanət edən məmurları ifşa edirik. Önəmli ieoloji müharibə aparırıq. Bunu təbii ki, hakimiyyət daxilində də qəbul etməyənlər var. Müxalifətlə gizli əlaqəsi olan nazirlər də var. Lakin biz mübarizəmizi davam etdirəcəyik.Yaxın vaxtlarda böyük mitinqlər keçirəcəyik. Ermənilərin qaynatası olan, övladlarını xaricdən oxutduran, arvadlarını xaricdən doğurdanlarla bağlı Hafiz Hacıyev ciddi mübarizəyə başlayıb. Səhhətimdə müəyyən nöqsanlar olsa da, bu mübarizəni davam etdirəcəm. Ölənə qədər millətimi, qardaşımı müdafiə edəcəm.
Bu gün sizinlə sistem altında danışıram, qardaşımı, dövlətimi müdafiə edirəm. Biz dövlətimizi, dövlətçiliyiizi qorumaq üçün mitinqlərə start verəcək, Cəmil Həsənliyə, Kərimov Əliyə öz sözümüzü deyəcəyik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA