ABŞ və Yaponiya GUAM-la əməkdaşlığa böyük önəm verir - Açıqlamalar

img

08-10-2017 [13:55]


"Yaponiya GUAM-la əməkdaşlığa böyük önəm verir”.

Bunu bu gün Tbilisidə GUAM-ın 20 illiyinə həsr olunmuş görüşdə Yaponiyanın Gürcüstandakı səfiri Tadaharu Uehara bildirib.

T. Uehara deyib ki, Yaponiya üçün yalnız Gürcüstanla deyil, GUAM-a üzv ölkələrlə də ikitərəfli əməkdaşlığı inkişaf etdirmək  çox vacibdir.

ABŞ-ın Gürcüstandakı səfirinin müavini Elizabet Rud öz növbəsində GUAM təşkilatını 20 illik yubileyi münasibətilə təbrik edib: "ABŞ GUAM-la əməkdaşlıqdan qürur duyur və GUAM ölkələri ilə bır sıra istiqamətlərdə əməkdaşlığı davam etdirir”.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA