"Beş rayonun qaytarılması prezidentlərin göruşündə qaldırılacaq" - Rusiyalı ekspert

img

07-10-2017 [15:24]


Kremlin ideoloqlarından biri, məşhur rusiyalı filosof və publisist Aleksandr Dugin Ermənistanda dərc edilən "Jamanak” qəzetinə müsahibə verib.

Mia.az virtualaz-a istinadən xəbər verir ki, A.Dugin erməni jurnalistlərə bildirib ki, Dağlıq Qarabağ ətrafında yerləşən beş rayonun qaytarılması məsələsi Ermənistan və Azərbaycan prezidentlərinin qarşıdan gələn göruşündə qaldırılacaq.

Beynəlxalq Avrasiya Hərəkatına rəhbərlik edən Aleksandr Dugin əmindir ki, "Ermənistan-Azərbaycan münasibətlərində vəziyyət elə bir nöqtəyə çatacaq ki, problemi həll etmək qeyri-mümkün olacaq”.

"Güman edirəm ki, Qarabağın beş regionunun azad edilməsi məsələsi prezidentlərin bu görüşündə qaldırılacaq”, – Dugin deyib.

Qeyd edək ki, bu yaxınlarda Rusiya paytaxtında keçirilmiş "Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru” konfransı çərçivəsində də Aleksandr Dugin bu iddia ilə çıxış etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA