Eldar Həsənov Kral Akademiyasının üzvü seçildi

img

05-10-2017 [14:24]


Azərbaycanın Serbiyada, Monteneqroda, Bosniya və Herseqovinyadakı Fövqəladə və Səlahiyyətli səfiri, hüquq elmləri doktoru, professor, Eldar Həsənov Serbiya Kral Akademiyasının üzvü seçilib.

Bu haqda sabiq deputat Əlövsət Ağalarov bildirib. O deyib ki, Serbiya alimlərinin bu qərarı eyni zamanda, Azərbaycan elminə, ümumən Azərbaycan dövlətinə verilən yüksək qiymətdir.

"Hər birinizin adından dəyərli həmyerlimizi,əziz qardaşımı təbrik edirəm! Bilirəm ki, təvazökarlıq edib bu müjdəni yaydığıma görə məni qınayacaq, əlbəttə, bunun səbəbi də var: bir dəfə də xaricdə çıxan növbəti kitabıyla bağlı xoş sözlər yazdığıma görə narazı qalmışdı. Zəng vurub etirazını bildirəndə dedim ki, xarici ölkədə hər adamın kitabı belə nəfis şəkildə çap olunmur, bu təkcə sizin deyil, hamımızın, bütün kitabsevərlərin uğurudur, qayıtdı ki, qardaş, bizim ən əsas və böyük uğurumuz Qarabağımızın işğaldan azad edilməsi olacaq, belə xırda şeylərə görə camaatın vaxtını alma. Dinlədim və haqlı olduğunu bildiyimdən daha bir şey yazmadım. Amma incisə də, inciməsə də indicə aldığım bu gözəl xəbəri sizlərlə paylaşmaq qərarına gəldim”.
modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA