Səfir Abbasəli Həsənov nazir Şafkat Bobozada ilə görüşdü, ikitərəfli münasibətlər və problemlər müzakirə edildi + FOTO

img

04-10-2017 [19:31]


Azərbaycanının Tacikistandakı səfiri Abbasəli Həsənov bu gün Tacikistan Sənaye və Yeni Texnologiyalar naziri Şafkat Bobozada ilə görüşüb.

Bu barədə səfirlikdən Mia.az-a verilən məlumata görə, görüşdə iki ölkə başçıları arasında səmimi dostluq, xalqlarımız arasında tarixən sıx mədəni və elmi əlaqələrin mövcudluğu məmnunluq hissi ilə qeyd olunub.

Azərbaycanın iqtisadi inkişafından danışan səfir A.Həsənov 25 il ərzində Azərbaycan Respublikasının yüksək templə inkişaf etməsinin əsas səbəbini Ulu Öndər H.Əliyev tərəfindən düşünülmüş dəqiq və düzgün dövlətçilik idarəçiliyi, qoyulmuş siyasi-iqtisadi binövrə ilə əlaqələndirib və Ulu Öndər tərəfindən seçilən düzgün siyasətin bu gün də prezident İ.Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Səfir deyib ki, Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan reytinqdə bir neçə inkişaf edən ölkələri qabağlayaraq 35-ci yerdə yerləşib.

Söhbət zamanı nazir Ş.Bobozadə Tacikistan Respublikasının prezidenti E.Rahmonun tapşırığına əsasən, ölkədə xalçaçılığın inkişafı üçün Milli Proqramın qəbul olunduğunu və Azərbaycanın çoxəsrlik xalçaçılıq sənətinin və bu sahədə əldə edilmiş təcrübənin öyrənilməsi üçün Tacikistan Sənaye və Yeni Texnologiyalar Nazirliyinin nümayəndə heyətinin ölkəmizə səfər zamanı onlara hər tərəfli göstərilən köməyə və qonaqpərvərliyə görə  baş nazir K.Rasuzodənin təşəkkürünü səfirə çatdırıb.

Tacikistanlı nazir ölkəmizdə olan nümayəndə heyətinin çox böyük təəssuratla geri döndüklərini, Azərbaycanın iqtisadi uğurlarının şahidi olduqlarını vurğulayıb.

Azərbaycanla Tacikistan arasında iqtisadi-ticari, elmi-mədəni sahələrdə geniş imkanların mövcudluğuna baxmayaraq, Düşənbə-Bakı birbaşa hava reysinin bu günə kimi həll olunmamasının bu istiqamətdə işlərin həyata keçirilməsinə böyük maneəçilik törətdiyini deyən səfir A.Həsənov bu məsələni həmsöhbətinin diqqətinə çatdırıb.

Görüşdə Azərbaycan investorlarının Tacikistan iqtisadiyyatına maraq göstərdiyi vurğulanıb, Tacikistan tərəfindən xarici sərmayənin cəlb edilməsi məqsədi ilə münbit şəraitin yaradılmasının vacibliyi qeyd olunub, vergi və gömrük sahəsində asanlaşdırılmanın həyata keçirilməsinin vacibiyi məqsədəuyğun sayılıb.

Azərbaycanda istehsal olunan geniş çeşidli məhsulların istər sənaye, istər ağır sənaye məhsulları Tacikistan bazarına gətirilməsinə məqsədəuyğun hesab edilir.

Nazir Ş.Bobozoda Azərbaycanın qabaqcıl sənaye inkişafı üzrə təcrübəsini öyrənmək məqsədilə yaxın zamanlarda Azərbaycana səfər edəcəyini səfir A.Həsənovun diqqətinə çatdırıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA