?Demokratik seçkidə Əhəd Abıyev 3 faiz belə səs ala bilməz?

img

26-08-2010 [01:38]


?Bəziləri Əhəd Abıyevi gözündən çox böyüdüb. Mən isə onu sadə bir vətəndaş kimi qəbul edirəm. Onunla alternativ olmağı da çətin bir iş hesab etmirəm. Əslində o, özlüyündə ciddi rəqib deyil?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında 70 saylı Masallı şəhər seçki dairəsindən namizədliyini irəli sürmək niyyətində olan Azərbaycan Demokratik İslahatlar Partiyasının sədr müavini Əli Cəfərov deyib. Onun sözlərinə görə, dnmokratik seçkidə Əhəd Abıyev Masallıda qalib gələ bilməz: ?Demokratik seçkidə Əhəd Abıyev 3 faiz belə səs ala bilməz. Çünki onun nə sosial bazası var, nə də ki, əhali arasında nüfuzu. Əgər gücü varsa, buyursun demokrftik seçkidə gücünü ortaya qoysun. Amma məlumdur ki, dnmokratik şəraitdə o, heç bir nailiyyət əldə edə bilməz. Onun barəsində hakimiyyətin özündə də müxtəlif fikirlər yaranıb. Növbəti dəfə onun YAP tərəfindən namizədliyinin irəli sürülüb-sürülməyəcəyini isə deyə bilmərəm. Bu, partiyanın öz işidir. Amma bunun mənim üçün heç bir əhəmiyyəti yoxdur. Mən Əhəd Abıyevi ciddi rəqib saymıram, seçkidə ona qalib gəlmək əzmindəyəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA