"Bəzi çətinliklər var, amma mənə elə gəlir ki, danışıqlar uğurla keçəcək" - Elmar Məmmədyarov

img

03-10-2017 [15:00]


"Azərbaycan və Avropa İttifaqı (Aİ) "açıq səma" üzrə danışıqları yekunlaşdırmağı planlaşdırır".

Bunu bu gün mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

"Çox güman ki, oktyabrda bu məsələ ilə bağlı son görüş olacaq", - XİN rəhbəri bildirib.

Qeyd edək ki, Azərbaycan və Aİ arasında vahid hava məkanı üzrə danışıqlar 2013-cü ildən aparılır. 
Azərbaycan XİN başçısı həmçinin Bakı və Brüsselin Azərbaycanla Aİ arasındakı əməkdaşlıq haqqında yeni saziş layihəsinin ikinci fəslini müzakirə etdiyini açıqlayıb.

"Fəsli başa çatdırmaq üçün bizə daha bir mərhələ lazımdır. Bəzi çətinliklər var, amma mənə elə gəlir ki, danışıqlar uğurla keçəcək", - nazir qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Aİ ilə əməkdaşlıqda maraqlıdır və bunun müsbət istiqamətdə irəlilədiyini düşünür/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA