Xalq artistlərinin davasına deputatdan reaksiya: “Əslində, özlərinin iç üzünü açırlar”

img

03-10-2017 [11:56]


"Mən onları barışığa səsləyirəm”.

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Fəzail İbrahimli xalq artistləri Məleykə Əsədova ilə Ramiz Məlikin davasına münasibət bildirərkən deyib. Deputat sənətkarı ziyanın yarısından qayıtmağı məsləhət görüb:

"Dost olmasalar da içlərində bir-birlərinə olan kin-küdrəti ictimaiyyətlə bölməsinlər. Əks təqdirdə onların özlərinə ziyan dəyəcək, qazandıqları heç nə olacaq. Dövlət tərəfindən hər ikisi xalq artisti fəxri adına layiq görülüb. Deməli, onlar böyük insanlardı. Böyük insanların qəlbi də böyük olur. Ramiz Məliklə Məleykə Əsədovanın bir-birini təhqir etməsi arzuolunmazdır. Belə münasibətlərə son qoyulsun ki, başqaları üçün örnək olmasın. Ayıbdır. Düşünün ki, dövlət sizə çox böyük və şərəfli ad verib. Onlar bu adı şərəflə qorumalıdır. Şərəflə qorumaq üçün ilk növbədə özlərinin şərəf və layaqətini uca tutmalıdırlar. Biri digərinin şərəf və layaqətini alçatmaqla əslində özlərinin iç üzünü açırlar”.

Fəzail İbrahimli qeyd edib ki, tərəflər bir-birinə güzəşt etməlidir:

"Güman edərəm ki, onlar soyuq başla bu ifadələri işlədib. Bir-birinə güzəşt etməklə bu davanı qaydaya qoysunlar, əks tədiqrdə ölçü götürüləcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR