Spiker Oqtay Əsədovun “saxtakar” dediyi ATƏT-in xüsusi nümayəndəsi bəyanat yaydı: "KİV sözlərimi təhrif edib"

img

02-10-2017 [22:42]


ATƏT Parlament Assambleyasının xüsusi nümayəndəsi Kristian Vigenin (Bolqarıstan) bəyanat yayaraq, bir sıra Azərbaycan KİV-lərinin onun adından verdikləri ifadələri təkzib edib.

"Bu yaxınlarda Azərbaycana səfərim zamanı bir sıra yerli KİV sözlərimi təhrif ediblər. Yanlış məlumatı düzəltmək xahişimə baxmayaraq, bəzi KİV artıq yanlış məlumatı yayıb. Buna görə təkrar edirəm ki, heç vaxt ATƏT-in Minsk Qrupunun islah edilməsini təklif etməmişəm. 

ATƏT MQ-nin və onun həmsədrlərinin vasitəçilik səylərini dəstəkləyirəm və Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq üçün parlament səviyyəsində səylərimi davam etdirəcəyəm", – deyə Turan agentliyinə daxil olan bəyanatda bildirilir.

Xatıradaq ki, bu gün spiker Oqtay Əsədov Kristian Vigenini sərt tənqid edib

Spiker bildirib ki, ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin bu yaxınlarda Bakıda oldu, sonra Ermənistana səfər edib:

"Burada dediyi sözlərin hamısı saxta və yalan oldu. O, bütün Ermənistan rəhbərliyi ilə görüşdü. Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələri ilə bir stolda oturdu. Bu ikili standartlar həqiqətən də bizi yorur. Azərbaycan parlamentinin ATƏT PA-dakı nümayəndə heyəti tam tərkibdə Andorrada 

ATƏT-in iclasında iştirak edir. Orada Azərbaycanla bağlı təkliflər irəli sürəcəklər.

Kristian Vigenin kimi insanların Cənubi Qafqaz üzrə xüsusi nümayəndə olması, düzgün deyil. Tərəfli mövqe tutan insanların bu cür postlarda vəzifə tutması səviyyəsizlikdir. Biz belə məsələlərə çox rast gəlmişik. Ölkəmizdə səfərdə olanda, təkliflə çıxış etdik ki, ATƏT-in Minsk qrupunun tərkibi genişləndirilsin, o da buna razılığını bildirdi. Azərbaycanda bir, Ermənistanda başqa söz danışırlar. Bunlar faktdır”.

Spiker Azərbaycan prezidentinin BMT tribunasından çıxış edərkən Qərb təşkilatlarının ikili standartlara yol verdiyini bəyan etməsini də xatırladıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA