"Haqsızlıq, rüşvətxorluq, korrupsiya, qanunsuz həbslər narazılığı yüksək həddə çatdırıb" - Partiya sədri

img

01-10-2017 [13:45]


"Son illərdə respublikada korrupsiya, işsizlik, məmur özbaşınalığı, qanunların həyata keçirilməsindəki boşluqlar, xalqın banklara olan kredit borcları ilə bağlı problemləri və.s məsələlər son həddə çatıb. İnsanların işsizliyi, kreditlə baglı problemləri, intihar hallarının həddən artıq artması bu "Qocalar evi”nin xalqa verdiyi "töhfəsidir”.

Bunu Müasir Müsavat Partiyasının Siyasi Şurasının sentyabrın 30-da Beynəlxalq Mətbuat Mərkəzində keçirilən iclasında partiyanın sədri Hafiz Hacıyev bildirib.

Son zamanlar respublikada ictimai-siyasi durumun həddən artıq gərgin vəziyyətə çatdığını deyən H.Hacıyevin sözlərinə görə, xarici qüvvələr və onların hakimiyyətdəki havadarları qərəzli mövqe tutaraq istər ölkədə, istərsə də Beynəlxalq miqyasda Azərbaycan dövlətinə qarşı narazılıqların artırılmasına və onun siyasi imicinə zərər vurmağa çalışırlar. MMP sədri buna əyani sübut kimi gündəmdə olan sanksiyaların tətbiq edilməsinə dair cəhdləri və məhkəmə proseslərini misal çəkib:

""Qocalar evi”adlandırdığımız hakimiyyət orqanlarındakı yüksək vəzifə tutan məmur və onların övladlarının adlarının hallandığı 2,9 mld. dollar korrupsiya qalmaqalı dövlətimiz və onun Prezidentinin imici ücün böyük zərbədir. Respublikada haqsızlıq, rüşvətxorluq, korrupsiya, qanunsuz həbslər Prezidentlə xalq arasında narazılıq yüksək həddə çatdırılıb. Hakimiyyətdəki müəyyən xəyanətkar qüvvələr Prezidentlə xalq arasında və beynəlxalq miqyasda gərginliyin artırılmasında maraqlıdırlar”.
Versus.Az

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA