01-10-2017 [10:31]
Qonşu Türkiyə illərdir ki, kürdlərin yaratdığı PKK ilə mübarizə aparır. PKK terror təşkilatının adı gələndə ilk hədəfə alınan xalq kürdlər olur. O baxımdan da kürd millətinə mənsub olanlarkürd olduğunugizlətmək məcburiyyətində qalır.
Bəs istənilən kürdü PKK gözündə görmək nə dərəcədə doğrudur?
Azərbaycanda məskunlaşan kürdlərin PKK-ya dəstək verməsini demək nədən qaynaqlanır?
Modern.az məsələnin ciddiliyini nəzərə alaraq Azərbaycanda kürdlərin ən çox məskunlaşdığı bölgənin ziyalılarının fikirlərini öyrənməyə çalışıb.
Əslən Kəlbəcərdən olan professor Şahlar Əsgərov belə məsələlərin bilərəkdən ortaya atıldığını deyir. "Yaxın Şərqdə gedən proseslərdən sonra seçkilər baş tutdu. Bunungələcəkdə ətraf bölgəyə,kürdlərə nə verəcəyibəlli deyil. Cənubi Qafqazda Qarabağ, Gürcüstanda Abxaziyakimi məsələlər hər zaman ortaya atılıb və siyasi oyunların tərkib hissəsidir. Bu daonu göstərir ki,Qərb dövlətləri bilərəkdən regionları qarışdırır. Bu cür hallara kimlərsə sevinir,kimlərsə başqa don geyindirir.Kürdlər Azərbaycanın bir neçə bölgəsində məskunlaşıb. Amma bu o demək deyil ki, Azərbaycanda yaşayn kürdlər PKK-ya dəstək verir. Bu cür fikirləri kənara atmaq lazımdır və kürdlər də Azərbaycan dövlətinin vətəndaşlarıdır. Bu dövlətin vətəndaşı heç zaman öz xalqına, dövləinə xəyanət etməməlidir”
Əslən Laçından olan,tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü İlham Qəhrəmandüşünür ki, Azərbaycanda yaşayan kürdlərlə türklər arasında fərq qoymaq doğru deyil.
"Laçında internat məktəbin 1-ci sinfinə gedəndə sinifimizdə Muradxan adlı oğlanın nəsə bizi kimi yox, başqa ləhcədə danışdığını gördüm.Uşaq olsam da Muradxanın bizdən fərqli danışması mənə həm qəribə, həm də xoş gəlirdi. Muradxanın bir dəfə sinifdə müəlliməyə dediyi bu sözlər hələ də yadımdadı: "Müəllim, sizin palto yıxılmışdı, götürüb yerinə qoydum”. Bu oğlanın belə deməsinə sinifdə hamımız gülüşmüşdük.Axı biz olsaq belə deyərdik. "Müəllim, paltonuz yerə düşmüşdü… Onda bildim ki, yaşadığımız rayonda bizimlə bərabər kürd milləti də yaşayır və Muradxan kürd kəndi Qarakeşdəndir. Laçında kürdlərlə türklər arasındakı münasibət əmioğluluğa köklənən münasibət olub. Əgər bizi ayıran bir nüans olubsa, o da pasportda milli mənsubiyyəti bildirən sözün fərqli yazılması olub. Qarabağ hadisələrindən sonra Laçından çıxmağımız, orda ermənilərin felinə uyan bəzi üzdəniraq əmioğlularımızın "Kürdüstan” eşqinə düşməsi, bizim də necə deyərlər qəlbimizi bulandırdı. Axı Laçında qardaşlıq, əmioğluluq etdiyimiz insanlar necə bizi özlərindən ayıra bilərlər?! Belə hadisələr düzü bir çox ziyalıya səsini çıxarmasa da, yer elədi. O vaxt Laçından iki tanımış şəxsin (onlardan biri kürd tərəfdən, o biri isə türk tərəfdən) mətbuatda bir-birinə qarşı əks mövqedən yazıları gedirdi. Mənim bir ziyalı kimi bu mübahisəyə qoşulmağa əlim qalxmadı. Baxmayaraqki,biz də nəsə bilirik və bildiklərimizin də çoxunu demək istəmirik. Bəzən bunun niyə belə olduğunu özümdən soruşanda qabağımı kəsən arqumentlər bunlar olur: biz Laçında eyni məktəbdə oxumuşuq, eyni müəllimlərdən (istər türk, istər kürd) dərs almışıq, eyni xəstəxanada eyni həkimlər bizi müalicə ediblər, eyni dağlarda eyni bulaqların suyundan içmişik, heyvanlarımız eyni örüşdə otlayıb… Baxıb görmüşəm ki, bizi birləşdirən amillər bizi bölən amillərdən daha çox və dah güclüdür. Bu gün biri kürd digəri türk olan iki bacanağı bir-birindən necə ayırmaq olar?! Xudatda yaşayan kürdü ayırıb hara aparmaq olar və o bizdən ayrılmaq istəyirmi?! Laçındakı kürdlərin tarixi haqqında Laçının Minkənd kəndindən olan tarixçi alim Ələmdar Şahverdiyev bir neçə il bundan qabaq Moskvada çıxan "İRS naslediye” jurnalında Azərbaycanda etnik millətlər haqqında yazısında qeyd edirdi ki, kürdlərin indiki Laçın ərazisində (Zəngəzurda) məskulaşması təxminən 300 il bundan əvvələ təsadüf edir. Müəllif kürdlərin bu yerlərə İraqdan gəldiyini və ilk dəfə Bozlu kəndində məskunlaşdığını qeyd edirdi. Daha sonra isə onlar başqa kəndləri salmışlar.Ələmdar müəllim haqlı olaraq onu da qeyd edirdi ki, yaşlı, ağsaqqal kürdlər bu yerlərə gəlmə oduqları haqqında tarixi gözəl bilirlər (lazım olsa, jurnalı arxivdən çıxarıb mənbəni dəqiq göstərə bilərik). Burada kürdlərin Azərbaycanda sonradan məskunlaşması haqqında qısa bir paralel aparmaq yerinə düşərdi. Biz bilirik ki, Şamaxı və Qusarın bir sıra kəndləri islam dinini yayan missioner ərəb əşirətləri tərəfindən salınıb, amma, bu gün o kəndlərin heç birində ərəbcə danışan yoxdu. Ona görə yoxdu ki, ərəblər dində qalib gəlsələr də, dildə təxminən 1200 il boyunca yerli dominant millətə uduzdular. Kürdlərin gəlişi az müddət olduğu üçün hələ öz dillərini qoruyanlar var. Mən Laçın işğal olunandan sonra fikirləşdim ki, Laçın nə vaxtsa, alınar lap yaxşı, amma hələ ki, əlimizdə qalan onun söz-sovudur deyib qapı-qapı düşüb öz cibimin puluyla Laçın folklorunu toplamağa başladım. Bu zaman Güləbirddən Qarakeşəcən, Oğuldərədən Suarasınacan fərq qoymadan gücüm çatan, əlim yetən hər bir kəndin insanlarıyla görüşməyə çalışdım. Nəticədə "Laçın folkloru” kitabı ərsəyə gəldi. O kitabda türklərlə yanaşı kürd kəndlərindən olan insanların da söz-sovunu eyni sevgi iləqələmə almışam. Məlum hadisələr fonunda kimlərinsə içini biruzə verməsi hələ Laçından olan bütün kürdlərin mövqeyi demək deyil. İnşallah biz iki əmioğlu uğrunda birgə döyüşüb, həsrətini birgə çəkdiyimiz Laçına bir yerdə qayıdacağıq”.
Əslən Qubadlıdan olan araşdırmaçı jurnalist Rəsul Mirhəşimlihansısa Azərbaycan vətəndaşı olan birinin PKK-ya qoşulması çox pis addımdır.
"PKK terror təşkilatıdır. Bu terror təşkilatının uzun illərdir Türkiyədə, son zamanlar Yaxın Şərqdə törətdiyi cinayətlərin sayı-hesabı yoxdur. Kürd milliyyətindən olan hansı azərbaycanlının PKK-nı dəstəkləməsi barədə məlumatım yoxdur.Əgər belə hallar varsa, qətiyyətlə pislənməlidir. Son günlər rast gəldiyim yanlış mövqe Laçın İcra Hakimiyyətinin əməkdaşının İraqın şimalında keçirilən qondarma referendumun dəstəkləməsi oldu. Azərbaycanlı məmurun bu hərəkəti araşdırılmalı və hüquqi müstəvidə cəzası verilməli idi. Kimlərəsə milli və irqi mənsubiyyətinə görə yaşamağın tərəfdarı olmasam da, qeyd edim ki, tarix boyu Azərbaycanda yaşayan bütün milli azlıq, azsaylı xalqlar və etnik qruplar bu ölkənin əsas əhalisini təşkil edən türklərin himayəsini hiss edib. Elə bunun nəticəsidir ki, bu ölkədə heç zaman etnik qarşıdurma hallarına rast gəlməyib. PKK terror təşkilatına dəstək verən adamlar kimliyindən asılı olmayaraq, cəzasını almalıdır. Qarabağda erməni separatçıları ilə birgə vuruşan, Türkiyənin ərazi bütövlüyünü təhdid edən bir terror qruplaşmasını dəstəkləmək Azərbaycan vətəndaşına şərəf gətirməz”.
Müavinin ərizəsi və xidməti maşını əlindən alınır, icra başçısının köməkçisi isə... - Qalmaqallı videodan sonra maraqlı proses başlayıb
"Fikirləşmirəm ki, “Ayntraxt”ın düşərgəsində hansısa problem var" - Qurban Qurbanov
"Ayntraxt"ın Baş məşqçisi bakıda: "Bütün diqqətimizi "Qarabağ"la oyuna yönəltmişik"
DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər
Prezidentin müsahibəsi: "Beynəlxalq münasibətlər yeni eraya qədəm qoyur" - "Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir" - FOTOLAR
Ərdoğanın oğlu Gəncəyə gəlib - VİDEO
Hava Limanında sərnişinlər niyə sərt şəkildə yoxlanılır? - Ekspert "Gömrük orqanı bunu indi aldığımı necə sübut edəcək?" deyir
20 Yanvar və Qərbin ikiüzlü siyasəti - TƏHLİL
"Məcəllədə yazılıb, 5 ildən bir olmalıdır" - Məzahir Pənahov MSK sədrliyindən gedəcəyi barədə suala belə cavab verdi
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
"Sığorta şirkətləri bu yolla dövlətə də zərər vururlar” - Ekspertlərdən açıqlamalar
"Azərbaycan vətəndaşları orada hansısa çətinliklə üzləşəndə..." - XİN başçısı İranla bağlı sualı cavablandırdı
ABŞ səfirliyinin əməkdaşları Şəhidlər xiyabanıda - FOTO
Azərbaycan nefti 69 dollara satılır - Qiymət 1.6 dollar ucuzlaşıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20 Yanvar faciəsindən 36 il ötür
Astarada zəlzələ olub
Sumqayıtda "alma ovu"na çıxan məmur harada işləyir? - VİDEO
YPG İŞİD-çiləri həbsxanadan buraxdı - Ordu hərəkətləndi
Mehriban Əliyeva: "Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - FOTO
Bolqarıstan prezidenti istefa verdi: "Oliqarxiya hakimiyyətə nəzarəti ələ keçirdi..."
"İcra başçısının müavini utanıb ərizə yazıb işdən çıxıb" - Rayon deputatlarından qalmaqallı videoya reaksiya
Prezident İlham Əliyev İsveçrədə - Görüşlərə Heydər Əliyev də qatılıb + FOTOLAR (Yenilənib)
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi, daha sonra isə... (YENİLƏNB)
Rusiya Ukraynada irəliləyir - Daha iki qəsəbə ələ keçirildi
Ceyhun Bayramovla ABŞ dövlət katibi arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
NORVEÇİN BAŞ NAZİRİ NOBELƏ GÖRƏ KÜSƏN TRAMPA CAVAB VERDİ: "Dəfələrlə sizə dedim..."
İranda internet bərpa olunur - Həftənin sonuna qədər
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət + Cavab (Yenilənib)
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Axtarışda olan 3 nəfər Azərbaycana ekstradisiya edilib
Vəkil Zabil Qəhrəmanova daha iki maddə ilə ittiham verilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 2 günlük məzənnəni açıqladı
Kabildə gücvlü partlayış olub - Azı 10 nəfər ölüb
“Qurtuluş” Reabilitasiya Mərkəzi barədə cinayət işi açılıb - Nəsimi Nəbizadə ilə reklam şousu fiaskoya uğrayıb (Yenilənib)
Bakıda oğurluq edən qardaşlar saxlanılıb
İCRA BAŞÇISI DANLANDI - Qalmaqallı video rayon rəhbərinin məzuniyyətdən erkən dönməsinə səbəb oldu (VİDEO)
Əli Əsədov qərar imzalayıb - Tibb işçilərinin maaşları ilə bağlı