"Korrupsiyada adı keçən məmurlar cinayət məsuliyyətinə cəlb edilsin" - MMP iclas keçirdi, bəyanat verdi

img

30-09-2017 [15:20]


Bu gün Müasir Müsavat Partiyasının Siyasi Şurasının iclası keçirilib. İclasda ölkədəki vəziyyət müzakirə olunub, fikir mübadiləsi aparılıb.

Müzakirədən sonra bəyanat verilib. 

Son zamanlarda Respublikada ictimai -siyasi vəziyyət həddindən artiq gərgin vəziyyətə çatmışdır.Xarici qüvvələr və onların hakimiyyətdəki havadarları qərəzli mövqe tutaraq istər ölkədə,istərsədə Beynəlxalq miqyasda Dövlətimizə qarşı narazılıqların artırılmasına və onun siyasi imicinə zərər vurmaga çalışırlar.Son günlərdə gündəmdə olan sanksiyaların tətbiq edilməsinə dair çalışmalar və məhkəmə prosesləri buna əyani subutdur.

"Qocalar evi”adlandırdırıgımız hakimiyyət orqanlarındakı yüksək vəzifə tutan məmur və onlarınövladlarının adlarının hallandığı 2,9 mld.dollar korrupsiya qal-maqalı Dövlətimiz və onun Prezidentinin imiçi ücün böyük zərbədir.

Respublikada haqqsızlıq, rüşvətxorluq,korrupsiya,qanunsuz həbslər Prezidentlə xalq arasında narazılığın yüksək həddə çatdırılması,hakimiyyətdəki müəyyən xəyanətkar qüvvələrin Prezidentlə xalq arasında və beynəlxalq miqyasda gərfinliyin artırılmasında maraqlıdırlar. Son illərdə Respublikada korrupsiya,işsizlik,məmur özbaşınalığı,qanunların həyata keçirilməsindəki boşluqlar,xalqın banklara olan kredit borcları ilə bağlı problemləri və.s məsələlər son həddinə çatmışdır.İnsanların işsizliyi,kreditlə baglı problemləri intihar hallarının həddən artıq artması bu "Qocalar evi”nin xalqa verdiyi "töhfəsidir”.
25 ildən artıq zamandır ki,Dağlıq Qarabağla baglı BMT və ATƏT-in Minsk qrupunun fəaliyyəti yox dərəcəsindədir. Son günlərdə BMT-nin sesiyasında cinayətkar, Xocalı qatili S.Sarkisyanın utanmadan həyasızcasına özünnən razı çıxışı bir daha onu sübut etdi ki, Russiya , ABŞ və Avropa dövlətləri işğalçı Ermənistanın arxasındadır. Bu da onu göstərir ki, torpaqlarımızın sülh yolu ilə qaytarılması qeyri mümkündür.
Bu gün Dağlıq Qarabağ və ətraf rayonların ərazisində erməni işğalçıları və beynəlxalq havadarları tərəfindən aparılan tikinti –quraşdırma,yol çəkilişı,yeni sənaye obyektlərinin yaradılması bunun bariz nümunəsidir.Dağlıq Qarabağın erməni işğalçılarından azad edilməsinin hərbi yolla həlletməsindən başqa çıxış yolu yoxdur.

İclasdakı məruzə və çıxışları nəzərə alaraq Siyasi Şura
BƏYAN EDİR:
1.Respublikada korrupsiyaya və rüşvətxorluğa qurşanmış,dövlətçiliyə zərər vuran nazirlər,komitə sədrləri və digər yüksək vəzifəli məmurlar istefaya göndərilsin.

2.Siyası islahatlar ,seçki islahatları aparılsın.Məhkəmə,prokurorluq və digər hüquq mühafizə orqanları qanunları ,qəbul etdikləri qərarları,hökümləri, qətnamələri, qanunun tələblərini ədalətlə həyata keçirsinlər.

3. 2.9 milyard dollarla bağlı rəsmi təhqiqat başlanılsın.Korrupsiyada adı keçən məmurların cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilsin.Xalqdan ogurlanmış pullar geri qaytarılmaqla xalqa məlumat verilsin.

4. Pensiya və əmək haqqlarının azlığı,ölkədə kütləvi işsizliyin mövcudluğu nəzərə alınsın. Kreditlərin ödənilməsində insanlara güzəştlər edilsin və qəbul edilmiş tibbi sığorta haqqında qanunun tətbiqinə başlansın.

5.Ermənipərəst və yarıtmaz mövqelərinə görə ATƏT-in Minsk qrupunun fəaliyyəti qətiyyətlə pislənsin və onların fəaliyyəti dayandırılsın.

6.Respublikada yaranmış ictimai-siyasi vəziyyətlə bağlı Prezidentdən siyasi partiyalar və ictimai təşkilatlarla görüşünün təşkili və müazikirələrinin başlanması xahiş edilsin.





Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA