Bayraq, himn, gerblə bağlı Konstitusiya qanunu qəbul ediləcək - Dəyişiklik

img

30-09-2017 [13:40]


Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işlər planına "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında", "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında" və "Azərbaycan Respublikasının Dövlət himni haqqında" qanunlara əlavə və dəyişikliklərin edilməsi daxil edilib.

Bu dəyişikliklər nədən ibarət olacaq?

Milli Məclisdən Modern.az-a verilən eksklüziv məlumata görə, 1995-ci il noyabrın 12-də qəbul olunan Konstitusiyanın 23-cü maddəsində qeyd edilib ki, "Dövlət rəmzləri haqqında” Konstitusiya qanunu qəbul edilməlidir.

Bununla əlaqədar olaraq, Konstitusiyanın tələbini yerinə yetirmək üçün "Dövlət rəmzləri haqqında” yeni qanun layihəsi hazırlanır.

Yeni qanun layihəsinin hazırlanması istiqamətində parlamentin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsində iş aparılır.

Yeni qanun layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA