Baş prokuror: "Dağlıq Qarabağa səfər edən Türkiyə vətəndaşları beynəlxalq axtarışa verilib"

img

30-09-2017 [10:41]


"Bir qrup Türkiyə vətəndaşı ərazi bütövlüyümüzə hörmətsizlik göstərərək erməni qəsbkarları tərəfindən zəbt olunmuş Dağlıq Qarabağa səfər edib. Bununla bağlı məlumat alan Baş Prokurorluq dərhal cinayət işi qaldırıb". 

Bunu baş prokuror Zakir Qaralov deyib. Onun sözlərinə görə, həmin şəxslər beynəlxalq axtarışa verilib: "Bu şəxslərin hərəkətləri Türkiyə dövlətinin mövqeyini ifadə etmir. Bu şəxslər əvvəllər də ermənipərəst mövqeləri ilə tanınıb, PKK terror təşkilatını, müstəqil kürd dövlətinin yaradılmasını təbliğ edib. Onların içərisində sabiq millət vəkili, yazıçı, teleaparıcı da var. Kim ərazi bütövlüyümüzə hörmətsizlik edəcəksə, barəsində cinayət işi başlanacaq".

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA