Rəsmi Ankara Qarabağa səfər edən vətəndaşları haqda araşdırma aparır: "Azərbaycana ətraflı məlumat veriləcək"

img

29-09-2017 [16:52]


Türkiyə vətəndaşlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Dağlıq Qarabağa getməsi məsələsini araşdırır.

Bu barədə Trend-ə Türkiyə Ədliyyə Nazirliyindən verilən açıqlamada bildirilib.

Nazirlikdən bildiriblər ki, məsələyə tam aydınlıq gətirildikdən sonra Azərbaycan tərəfinə bu barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, sentyabrın 22-də Türkiyə vətəndaşları U.Uras, Ə.Bayramoğlu, S.Çəkinoğlu və E.Katırçıoğlu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İidarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə bu şəxslər barəsində cinayət işi başlanılıb. Onlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA