29-09-2017 [10:29]
"2006-cı ildə "Ələsgəroğlu-K” şirkətindən aldığımız obyektlərə indi Ümid partiyasının sədri İqbal Ağazadənin qardaşı İlqar Ağazadə yiyələnib”.
Bunu Ovqat.com-un əməkdaşıyla söhbətlərində bir neçə Bakı sakini bildirib.
Şikayətçilərin bildirdiyinə görə, əllərində-ovuclarında son qəpiklərinə qədər pullarını "Ələsgəroğlu-K” şirkətinə verib obyekt yeri almalarına və hətta həmin yerləri təmir etmələrinə baxmayaraq, günlərin bir günü İlqar Ağazadənin adamları peyda olub və onların yerlərini zorla əllərindən alıblar.
Qeyd edək ki, "Ələsgəroğlu-K” şirkəti məşhur müğənni Aygün Kazımovanın qardaşına məxsus imiş. Kazımzadə Kazım Ələsgər oğlu adlı bu şəxs 2011-ci ildə vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə satmaqda və dələduzluq əməlləri törətməkdə ittiham olunaraq, həbs edilib. Bundan sonra "Ələsgəroğlu-K” şirkətinin inşa etdiyi binalar "AENT-E” şirkətinə verilib. "AENT-E” şirkətinin rəhbəri Cəfərov Əkbər Qurban oğlu isə dələduzluq sahəsində Kazım Kazımzadəni belə geridə qoyub. O, yenidən həmin binalardakı evləri bir neçə sakinə sataraq, xeyli vəsait mənimsəyib. Bütün bu kirli oyunlar ortaya çıxınca, Cəfərov Əkbərin də yolu həbsxanaya düşüb. O, 2015-ci ilin 23 yanvar tarixində Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən eyni maddələrlə (178.3.2, 320.1 və əlavə 179.3.2, 308.1) məsuliyyətə cəlb olunub.
Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında yerləşən çoxmərtəbəli binanın mülkiyyətçilərinin əsl problemi məhz bundan sonra başlayıb. Şikayətçilərin bildirdiyinə görə, mülkiyyətçisi olduqları bina hərraca çıxarılaraq, yenidən müxtəlif fiziki şəxslərə satılıb. Onların yerlərini isə İlqar Ağazadə ələ keçirib.
İddia olunur ki, beton zavodu olan İ.Ağazadə həmin binanın bir neçə mərtəbəsinin tikilməsi üçün tikinti şirkətinə beton verib. Haqqı ödənilməyən həmin betonun müqabilində İlqar Ağazadə binadan mənzil götürmək fikrinə düşüb. Lakin mənzillər bir neçə şəxsə satıldığından, "təmiz” mülk tapmaq problemi yaranır. İlqar Ağazadə isə çarəni birinci mərtəbədə yerləşən obyektləri ələ keçirməkdə görür. Öz vəkilləri və hüquqşünas yaxınlarını bu işə cəlb edərək, obyektləri özününküləşdirir.
O da bildirilir ki, bu "əməliyyat” İlqar Ağazadənin ilk işi deyilmiş. Bundan əvvəl də həmin iş adamı bir sıra yerlərdə bənzər taktikalardan istifadə edərək, başqalarının mülkiyyətini öz adına keçirib.
Bu iddianın nə dərəcədə doğru olub-olmadığını araşdırmaq, əlbəttə, müvafiq orqanların işidir. Bizi maraqlandıran isə konkret, Gəncə prospekti 29/35 A ünvanındakı binadır ki, onunla bağlı iddiaları Xətai-6 mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin sədri Ayxan Qocayev da təsdiqləyib.
Qocayev əməkdaşımızla söhbətində etiraf edib ki, İlqar Ağazadə əvvəl yuxarıdakı mərtəbələri mülkiyyətinə keçirmək istəyirmiş: "Lakin bina sakinlərinin ciddi etirazıyla qarşılaşdıqdan sonra obyektlərə yönəlib. Nəticədə binanın birinci mərtəbəsində obyekt alan 10 iş adamının mülkiyyət hüququ pozulub”.

Hüququ pozulanlardan biri də Qasımov Etibardır. Etibar bəyin bildirdiyinə görə, 16 noyabr 2006-cı il tarixində sözügedən yaşayış binasının I mərtəbəsində ümumi sahəsi 235.12 kv.m olan obyekt sifariş verib. Binanı inşa edən "Ələsgəroğlu-K” şirkətilə 180 nömrəli müqavilə imzalayaraq, 197.954 manat olan ümumi məbləğin hardasa 90%-ni ( 180.954 manat) bəribaşdan ödəyib. Yerdə qalan 17 min manat isə 2014-cü il 27 mart tarixində "AENT-E" şirkətinə verilib. Şikayətçinin redaksiyamıza təqdim etdiyi sənədlər və maliyyə arayışları da bu faktı təsdiqləyir.
Digər şikayətçi – Məmmədova Xəyalə Fərman qızına isə binanın I mərtəbəsindən 75 kv. m-lik qeyri-yaşayış sahəsi satılıb. "Ələsgəroğlu-K” ilə bağlanmış 17. 07. 2008-ci il tarixli 08 nömrəli müqaviləyə əsasən, sifariş verilən bu obyektin də dəyəri tam ödənilib və bunu Xəyalə xanıma verilmiş maliyyə arayışları da sübut edir.

Bir başqa şikayətçi – Məmmədov Səxavət Əli oğlu da həmin binanın I mərtəbəsində 50 kv. m sahəsi olan obyekt alıb və pulunu tam ödəyib.
Eyni şəkildə başqa 7 nəfər əllərindəki sənədlərlə mülkiyyətçisi olduqları obyektə tam yiyələnə bilmirlər. Səbəb isə olduqca gülüncdür. Nədən ki, İlqar Ağazadənin havadarlarının məntiqi və "Ələsgəroğlu-K” şirkətinin "çoxbilmişliyi” nəticəsidə binanın I mərtəbəsini müəyyənləşdirmək qəsdən müşkülə çevrilib. Görünür, bir mənzili bir neçə nəfərə sata bilmək üçün Kazım Kazımzadə incə bir fırıldaq düşünərək, binaya zirzəmi qoymağı "yaddan çıxardıb”. Beləcə, mərtəbələri bəzən zirzəmidən, bəzən birinci mərtəbədən sayaraq, mənzil almağa gələnləri yaxşıca aldada bilib. Yəni eyni mərtəbəni gah bir rəqəm aşağı, gah bir rəqəm yuxarı göstərib.
Nə qədər gözəl fırıldaqçı olsa da, Kazım Kazımov sifarişçilərə birinci mərtəbə kimi sırıdığı obyektləri iki şəxsə satmağı ağlına belə gətirməyib. Mütəxəssislər bunun səbəbini qanunvericilikdə zirzəminin satılması kimi halın olmaması ilə əsaslandırırlar.
Maraqlıdır ki, Kazım Kazımzadənin də ağlına gəlməyən bu "incəlik” İlqar Ağazadənin öz pulunu çıxarmaq yolunda ən güclü silahına çevrilib. İddialara inansaq, hüquq-mühafizə orqanlarındakı adamlarının köməkliyi ilə obyekt sahiblərinin mülkiyyətlərini əlindən almağı bacaran İ.Ağazadə həmin qeyri-yaşayış sahələrini zirzəmi kimi qələmə verir və binanın I mərtəbəsinin yuxarıda olduğunu bildirir. Di gəl ki, bir mərtəbə yuxarıdakı sahələr "Ələsgəroğlu-K” şirkəti tərəfindən başqalarına satılıb və kupçalaşdırılıb.
Əməkdaşımızla söhbət edən şikayətçi Qasımov Etibarın dediyinə görə, mübahisəli mərtəbənin istər zirzəmi, istərsə də I mərtəbə sayılmasından asılı olmayaraq, onun İlqar Ağazadəyə heç bir dəxli yoxdur: "Əgər həmin yer zirzəmidirsə, qanunvericiliyə əsasən, bütün bina sakinlərinin ortaq malıdır və qeyri-yaşayış sahəsi kimi başqasına satıla bilməz. Yox, əgər həmin yer I mərtəbədirsə, əlimizdəki sənədlərə görə, bizə məxsusdur”.
Şikayətçilərlə bərabər dünyanın bəlkə də ən nadir və möcuzəvi "arxitektura əsəri” olan bu binanın ziyarətinə getdik. Sözün həqiqi mənasında ya gözümüzə, ya qulağımıza inanmağımız gəlmədi. Həmsöhbətlərimizin təbirincə desək, İlqar Ağazadənin və havadarlarının zirzəmi adlandığı həmin yer binanın yaxınlığındakı avtomobil yolunundan ən azı 8 metr hündürlükdə idi. (Zirzəmi hara, hündürlük hara?) Pilləkanlarla yuxarı qalxdıqca, təbii olaraq bu hündürlük azalsa da, İlqar Ağazadənin "zirzəmi” dediyi həmin yer binanın inşa olunduğu zəmindən 4-5 metr yuxarıya doğru uzanır, hər cəhətiylə I mərtəbəyə daha çox oxşayırdı. Maraqlı olacağını düşündüyümüzdən binanın şəkilini çəkib dəyərli oxucularımızla paylaşmaq qərarına gəldik.
Qoy, oxucular sözügedən yerin nə olduğuna özləri qərar versinlər: zirzəmi, yoxsa I mərtəbə?
Ovqat.com


İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır