Poiltoloqdan separatçıların bəyanatına şərh, XİN-ə isə mesaj: "Niyə susursunuz?"

img

28-09-2017 [10:24]


"Dağlıq Qarabağ separatçılarının ”Xarici İşlər Nazirliyi” bəyanat yayaraq "Kürdüstan"ın müstəqilliyi ilə əlaqədar keçirilən referendumu dəstəklədiyini bəyan etdi. Bəyanatda deyilib ki, "Kürdüstanın müstəqilliyini qazanması onun müstəsna hüququdur”. Maraqıdır ki, Ermənistan hakimiyyəti Qarabağ separatçılarını qabağa verib, özü isə susur".

Mia.az xəbər verir ki, bu sözləri politoloq Exan Şahinoğlu sosial şəbəkədəki hesabında yazıb.

Onun sözərinə görə, Ermənistanın susmasının ciddi səbəbi var: "Çünki Ermənistan oxşar bəyanat yaysa, İraqdakı və İrandakı hakimiyyətlərlə münasibətləri gərginləşdirəcək. İraq yenə də İrəvan üçün dözümlüdür, ancaq Kürdüstana görə İranla münasibətləri gərginləşdirmək Ermənistanın başını ağrıda bilər. Buna görə də İrəvan Qarabağdakı tərəfdarlarını irəli verib".

Politoloq bildirib ki, əslində, Azərbaycan bu amildən istifadə edərək Tehrana sorğu verməlidir: "Tehrandan soruşa bilərik ki, budurmu sıx təmasda olduğunuz ermənilərin sənə töhfəsi? İrəvanın Kürdüstana dəstəyi İranın parçalanmasına dəstək deməkdir".

Elxan Şahinoğlu deyir ki, bu vəziyyətdə Azərbaycan XİN-nin bu mövzuda kiçicik bir açıqlama verməməsi də təəssüf doğurur: "Cənablar, İraqın ərazi bütövlüyünü birmənalı dəstəklədiyinizi və Şimali İraqdakı referendumun yanlış olduğunu açıqlayın, ermənilərin ikili oyun oynadığını ifşa edin. Belə bir açıqlama, həm ona görə lazımdır ki, yerli milli azlıqların azsaylı radikalları Şimali İraqdakı referendumdan həvəslənməsinlər".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA